«Müqavimət göstərəcəyik»
Ruhani İran ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini dedi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bayden üzərindəki impiçment “buludu”
Demokratlar Konqres qarşısındakı açıq ifadə tələbini “Hail Mary” zərbəsi sayır
İran prezidenti Həsən Ruhani ölkəsinin Birləşmiş Ştatların sanksiyalarına müqavimət göstərəcəyini və İslam Respublikasına qarşı yeni sanksiyalara cavab verəcəyini bildirib.
«Biz Birləşmiş Ştatlara müqavimət göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək», Ruhani bildirib.
İran prezidenti bu açıqlamanı Nazirlər kabinetinin televiziya ilə yayımlanan iclası zamanı verib. Birləşmiş Ştatlar bundan bir gün əvvəl Tehranın ballistik raket proqramını dəstəkləməkdə ittiham olunan 18 İran vətəndaşı və iki qrupa qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamenti İranın elitar İnqilab Keşikçiləri ilə əlaqəsi olan bu iki qrupun ballistik raket proqramı ilə bağlı tədqiqat və proqramın inkişaf etdirilməsinə cəlb olunduğunu bildirib.
Dövlət Departamenti eyni zamanda, İranın fəaliyyətlərinin Yaxın Şərqdə «regional sabitliyi, təhlükəsiziyi və tərəqqini» pozduğunu bildirib.
Bu arada, ABŞ-ın Maliyyə nazirliyi beş şəxsə və yeddi qrupa qarşı İranın hərbi transaksiyalarını dəstəkləməklə bağlı sanksiyalar tətbiq edib. Üç başqa iranlı isə «İranda qərargahlanan transmilli cinayətkar təşkilat»ın bir hissəsi olduğuna görə sanksiyalara məruz qalıb.
Sanksiyalara əsasən, həmin şəxslərin ABŞ-da hesabları dondurulur və amerikalıların onlarla biznes əlaqələrinin qarşısı alınır.
İranın xarici işlər naziri Məhəmməd Zərif Nyu Yorkda BMT-də Amerikanın Səsinə deyib ki, sanksiyalar Birləşmiş Ştatlarla «təəssüf ki, pis vərdişə çevrilib» və ABŞ İrandan cavab tədbirləri gözləyə bilər.