vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
23:09 | 20 iyul 2017 | Cümə axşamı Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəqqa dəhşətləri Feysəlin rəsmlərində

Yastıq tüklərindən fırça düzəldən, kömür əvəzinə siqaret kötüklərindən istifadə edən rəssam

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq-Şam İslam Dövləti (İŞİD) qrupunun nəzarəti altındakı ərazilərdə insanların necə yaşadığını təsvir etmək çətindir, çünki burada şəkil və ya rəsm çəkilməsi qadağandır.

İŞİD-in Suriyada paytaxt elan etdiyi Rəqqa şəhərindən qaçmağa nail olan rəssam hazırda müvəqqəti olaraq yaşadığı sığınacaqda işğal edilmiş şəhərdəki həyatı təsvir etməyə çalışır.

Feysəl onun əsl adı deyil. O, rəsm çəkməyi sevən suriyalı fermerdir. İslam Dövləti qrupu onun yaşadığı ərazinin nəzarətini əlinə aldıqdan sonra o, rəsm əsəsrlərini gizlətməli olub. «İslam Dövləti gəldikdən sonra o, kitabxanaları, film və musiqi diskləri satılan mağazaları bağladı. Mahnı oxumaq, rəqs etmək, hətta şəkil çəkmək belə qadağan edildi. Mən də ud çalardım, lakin artıq udum yoxdur, militantlar sındırdı» deyə, Feysəl bildirir.

Feysəl şəhərin şimal-şərq hissəsindəki evini 3 ay əvvəl tərk edərək, həyat yoldaşı və uşaqları ilə birlikdə sığınacağı Eyn-İssa düşərgəsində tapıb. O, Birləşmiş Ştatların başçılığı ilə Rəqqanın geri alınması yolunda başlayan hərbi əməliyyatlardan sonra şəhəri tərk edən 10 minlərlə suriyalıdan biridir.

Düşərgədə rəssamlıq işini davam etmək istəyən Feysəl özünə ləvazimat hazırlayır. Yastıq tüklərindən fırçalar düzəldir, siqaret kötüklərindən kömür əvəzinə istifadə edir. Feysəl əsərlərinin çoxunda Rəqqada son üç ildə baş verənlər, həbs edilən, ac qalan, bombardmandan gizlənməyə çalışan insanları təsvir edir. «Bu rəsmdə məktəb çantası tutan uşaq yazı taxtası olmadığı üçün raketin üstündə yazmalı olub».

Başqa rəsmində isə o, Rəqqada gördüyü dəhşəti təsvir edib. «Mən bir avtomobilin dayandığını gördüm. Onu avtomobildən çıxardılar və o danışmaq istəyəndə onu döyməyə başladılar. Sonra onu öz maşınlarına apardılar. Bir neçə dəqiqədən sonra onu gətirib edam etdilər. Adətən, İslam Dövləti insanları qəssab bıçağı ilə qətlə yetirir, lakin bu şəxsi güllə ilə vurub öldürdülər».

Feysəl nə əsl adını, nə də yaşadığı kəndin adını deməkdən çəkinir, çünki o, son üç ildə İslam Dövləti qrupunun əlində girov olan oğlunu orada qoymalı olub.