vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
11:30 | 22 iyul 2017 | Şənbə Məqaləyə 1874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məşhur jurnalist» deportasiya olunur

Almaniya rüzgarı Mövsümə düşmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya azərbaycanlı jurnalist Rüzgar Mövsümə siyasi sığınacaq verməkdən imtina edib. Jurnalist kimi fəaliyyəti barədə məlumatların az olduğu bu şəxsə Azərbaycan hökumətinin tənqidi və hətta oğlunu dahi alman yazıçısı Erix Mariya Remarkın şərəfinə Erix adlandırması da kömək olmayıb.

«Pfalts-Ekspress» nəşri yazır ki, Rüzgar Mövsüm ötən il guya «Azərbaycanda mövcud olan qeyri-insani şəraitdən» qaçıb və özü ilə həyat yoldaşı və iki uşağını da götürüb. Nəşr bildirir ki, Rüzgar Mövsüm Azərbaycanda daim hakimiyyəti tənqid edən «məşhur jurnalist» olub və bu hal ona mane olmayıb ki, 2005-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvü olsun.

Sözügedən nəşrə verdiyi müsahibədə jurnalist bildirir ki, o, tənqidi məqalələrinə görə ailə üzvlərinə edilən hədə-qorxular üzündən Azərbaycandan qaçmağa məcbur olub. Gecə ikən həyat yoldaşını və uşaqlarını Gürcüstana aparıb, oradan isə özü Budapeştə yollanıb.

Artıq Budapeştdə olarkən Rüzgar Mövsüm Almaniyadan siyasi sığınacaq almaq fikrinə düşür. Lakin Almaniya hakimiyyəti jurnalistin tarixçəsinə şübhə ilə yanaşıb və siyasi sığınacaq verməkdən imtina edib. İndi Rüzgar Mövsümün və onun ailəsinin Azərbaycana deportasiya ediləcəklərini gözləməkdən başqa çarələri qalmayıb.