vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
18:54 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu sahəni tam anlamamışıq»

Sevil Süleymani: «Bizim toplum zorakılığın nədən ibarət olduğunu öyrətmir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yaxınlarda İran Azərbaycanının Muğan bölgəsində Atina Aslani adlı 7 yaşlı bir qız uşağının bir kişi tərəfindən qətlə yetirilməsi bölgədə və mediada geniş əks-səda doğurdu. Amerikanın Səsinə müsahibədə ictimai təpkiləri dəyərləndirən qadın araşdırmaları eksperti Sevil Süleymani İran toplumunda qadınlar və uşaqlara qarşı cinsi istismara dair maarifləndirmə işlərinin aparılmadığını önə çəkib.

Sevil Süleymaninin sözlərinə görə, Muğanda baş verən acı olayın ortaya çıxardığı təpkilər buna oxşar digər olaylarla müqayisədə daha geniş idi.

«Bunun səbəbinə baxanda, Muğan ənənəvi bir bölgədir. Eyni zamanda, kiçik olduğu üçün insanlar birbirlərini tanıyırlar. Olayın belə bir bölgədə baş verməsi çox təpki çəkdi. Təpkilər ciddi oldu», o söyləyir.

Sosial media istifadəçilərinin reaksiyalarını dəyərləndirən feminist fəal təpkilərin əsasən bu kimi olaylara səbəb olan amilləri nəzərə alaraq deyil, adətən cinayəti işləyən şəxsin cəzalandırılması üzərində olduğuna diqqət çəkir: «Təpkilər daha çox bu şəkildədir ki, bu 7 yaşlı uşağa qarşı işlənmiş bir faciəvi cinayətdir. Bir də [qatilə] edam tələbi üzərində təpkilər olub. Amma, hətta mədəni fəallar arasında bu deyilmir ki, bu sistemli bir zorakılıq içində olan bir olaydır ki Atina da bunun qurbanlarından biridir. Bunu belə görmürlər. Bunu çox az sorğulayırlar ki, İranda bu sahədə nə qədər maarifləndirmə olub. Uşaqlara qarşı cinsi istismar və ya təcavüzün qarşısını almağa İranın təlim və tərbiyə sistemi nə qədər yer verir?»

Sevil Süleymaninin deyir ki, həm təlim-tərbiyə sistemi həm də ümumiyyətlə mühitdə və toplumda uşaqların maarifləndirməsi məsələsi diqqət mərkəzində olmalıdır. Maarifləndirmə səyləri təkcə ictimai sektorlarda deyil, habelə ailənin özündə baş verməlidir.

«Bizim toplum zorakılığın nədən ibarət olduğunu öyrətmir. Biz o sahəni tam anlamamışıq. Qadına soruşursan ki, zorakılıq nədir? Yumruqdur, təpikdir, ağzının qanamasıdır, bunları deyəcək. [Digər zorakılıq formalarını] başa düşmür. Biz uşaqlara öyrətmirik ki, tanımadığın adamın yanına getmə. Onunla danışma. Kimsə sənin paltarına əl vura bilməz...»

Əslən Muğan bölgəsindən olan fəal, sərgilənən təpkilərdəki müsbət məqamlara da işarə edir.

«Misal üçün, #Səssiz Qurbanlar hashtagi çıxdı. Bu gözəl bir iş idi. İnsanlar uşaqlıqda başlarına gələnləri anladırdılar və bu ki, ailələri onlardan səssiz qalmalarını istəmişdi. Aydınladıcı idi. İranda zorakılıq hallarında qadınlar və uşaqlardan səssiz qalmaları tələb edildiyini göstərirdi», o, əlavə edir.