vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
14:39 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səyahət xəritəsi

Bir həftəyə İspaniyanı gəzməyin üsulları

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sual verirlər ki, siz necə planlaşdırırsınız səyahətlərinizi. Səmimi deyim ki, bu proses çox ağır, lakin eyni zamanda mənim üçün ən maraqlı bir işdir.

Marşrut cızıb, onu abıra salmaq çox xoşuma gəlir. Hotel, uçuşlar, avtomobil kirayəsi, şəhərarası nəqliyyat - istənilən turizm şirkətində buna görə pul alırlar, ya özləri marşrutu «pad klyuç» satırlar, turpaket şəkilində, ya da tərtib edib məsləhətlərini verirlər, sonrasını özün bilərsən, hansını seçərsən.

Bu olur travel-consulting, mən də hərdən məşğul oluram bu işlə, yağlı müştəri olanda, amma bunun məsələyə dəxlisi yox.

Xülasə, marşrutu cızdınız…yox, yaxşısı budur öz marşrutlarımın biri haqda deyim, hansına ki dostlarımızla getmişdik.

Deməli, Novruz Bayramına yarım il qalmış yaxın dostlarımız başladılar başbeynimi terrora məruz qoymağa ki, bəs noolar bir dənə marşrut çız, bir yerdə gedək, kim istəməz pulsuz bələdçini.

Nə isə, İspaniyaya getməyi planlaşdırdıq və mən xəritəni açıb başladım baxmağa. Necə etmək ki, maksimal dərəcədə çox yerləri görək, amma eyni zamanda əldən düşməyək.

Mənə maraqlı və tarixi olan məntəqələri seçdim, aralarında olan məsafələrə baxdım, həmin yerlərdə hotelləri nəzərdən keçirtdim və belə bir marşrut cızdım.

Evdən çıxanda artıq bütün hotellər, bütün biletlər, avtomobil sifarışı, hamısının pulu ödənilmışdi, bronlar alınmışdı və baxılası yerlər haqda məlumatlar çap edilib ekspedisiya iştirakçıları arasında paylanmışdı.

Yolda bekarçılıq olur, oturub oxusunlar, maariflənsinlər, goruma aparmayacam.

18 mart - uçduq Madridə və hava limanında avtomobil götürüb şəhərə girmədən yollandıq Toledo şəhərinə (75 km).

Toledo qədim paytaxtdır, çox cazibəlidir, düz şəhərin mərkəzində hotel götürmüşdük, maşını park edib, qalxdıq nömrəyə, düş aldıq, bir az dincəldik və çıxdıq şəhərə.

Mənim zövqümə görə, hotel mərkəzdə olmalıdır, əgər söhbət kurort tipli istirahətdən getmirsə. Qoy bir az ulduzu az olsun, amma düz mərkəzdə olsun. Bayıra çıxan kimi canlı həyat səni öz bağrına bassın, həm də bütün tarixi abidələr mərkəzdə olur, əsasən. Gəzdik, şam etdik, yıxılıb yatdıq.

19 mart - Səhər yeməyini yeyib və çek-aut edib tərpəndik Kordoba şəhərinə (340 km). Avtobanla getdik, yolda çay ləbləbi, yanacaq doldurmaq və s., nəhayət çatdıq Kordobaya.

Bu bizim avtomobillə getdiyimiz və ən çox yola vaxt sərf etdiyimiz parça oldu, üç saat yarıma tələsmədən. Eyni ssenarı, mərkəzdə hotel, qədim tarix, steyk, şərab, və xudahafiz. Onu da deyim ki, avtomobillə olanda, ən vacıb şərt hotelin parkinqinin olmasıdır. Bu mütləqdir, əks halda istirahətiniz haram olacaq.

20 mart - səhər yeməyi, çek-aut, bir az da şəhərdə gəzinti və tərpəndik Ronda şəhərinə (190 km, 1 saat 30 dəqiqə).

Oooo, Ronda!! İnanın, mənzərələrinə görə bəlkə də ən görkəmli şəhər oldu marşrutumuzda. Bundan əvvəl mən Rondada olmuşdum, həmkarlarımla Famtripa getmişdik və görün nə qədər vurulmuşdum ona ki, mütləq dostlarıma göstərmək istəyirdim. Qayanın üstündə hotel, otaqdan başgicəlləndirici görüntülər və s.,

21 mart - səhər yeməyini yeyib və şələ-küləmizi yığıb çıxdıq yola, Sevilya şəhərinə (130 km, 1 saat 15 dəqiqə). Sevilya Sevilyadır, ərəblərin altında olub əsrlərlə, görün indi bu qarışıq mədəniyyət necə gözəldir, gəzdik, yorulduq, başımızı qoyub yatdıq.

22 mart - hoteldən çek-aut və dəmir yolu vağzalında maşını təhvil verib qatarla getdik Madridə.

İndi baxın, Sevilyadan Madridə 540 km. Maşınla dayanmadan getsən, 5 saata çatmaq olar. Amma yolda su zad içməyə saxlasan, 6 saat tutacaq, yəni demək olar ki, bütün günün gedir yola.

Həmdə Madriddə, hər bir böyük şəhərdə olduğu kimi, avtomobilə ehtiyac yoxdur, əksinə o, başağrısı olacaq.

Ona görə qərara aldım ki, qatarla gedək, 2 saat 30 dəqiqəyə güllə kimi uçur onların qatarları. Beləliklə də 22 mart biz Madridə gəldik və 25 mart tarixində döndük Bakıya, Novruz səfərimizə son qoyub.

Yolunuz açıq olsun!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)