vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
15:49 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əldəqayırma ölkənin kustar silahı

Ermənistan pilotsuz uçuş aparatından Azərbaycana atəş açdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından (PUA) istifadə ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti xəbər verib.

«Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür», - deyə, məlumatda bildirilib.