vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
16:43 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan ağılasığmaz addım

ABŞ prezidenti Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, ölkənin baş prokuroru Ceff Seşns, Amerika liderinin fikrincə, demokrat Hillari Klintonu dəstəkləmiş Ukrayna hakimiyyətinin hərəkətlərini araşdırmalıdır. Virtualaz.org xəbər verir ki, bu barədə Tramp özünün «Twitter» mikrobloqunda yazıb.

«Trampın kampaniyasının sabotaj edilməsi istiqamətində Ukraynanın səyləri – sakitcə Klintonun güclənməsinə işləyirdi. Buna görə də, baş prokuror, istintaq haradadır?» – Tramp yazır.

«Baş prokuror Ceff Seşns Hillari Klintonun cinayətləri və kəşfiyyat məlumatlarının sızmasına yol verənlər barədə çox zəif mövqe tutub», - ABŞ prezidenti davam edir.

«Problem ondadır ki, FTX başçısı vəzifələrini icra edən və Hilarininb barəsində istintaq aparılması səlahiyyətlərinə daxil olan şəxs – Endrü Makkeyb arvadı üçün Hillaridən 700 min dollar alıb!» – Tramp bəyan edib.