vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
16:55 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pejak» evlərə hücum edir

Güney Azərbaycanlılar terrorçuları hədəfində

MÖVZU İLƏ ƏLAQƏLİ

PKK terror təşkilatının İran qolu adlanan «Pejak» qruplaşması Qərbi Azərbaycan Əyalətinin şəhər və kəndlərində onlara yardım etməyən öz soydaşlarına belə rəhm etmir.

Yerli mətbuatın yaydığı məlumata görə, iyulun 18-də Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə «Pejak» terrorçularının hücumuna məruz qalıb. Belə ki, 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailəsi, xüsusi ilə də həyat yoldaşını şiddətlə döyüb və onlardan pul tələb ediblər. Terrorçular bir  miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər. Onlar hücum etdikləri evin ailə üzvlərini qətlə yetirməklə hədələyiblər.

«Pejak» terror qruplaşması törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah edib.

Bir müddət öncə Qərbi Azərbaycan Əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində də oxşar hadisə baş vermişdir. İyunun 25-i yerli vaxtla gecə saat 2 radələrində 8 «Pejak» terrorçusu Mustafa Firdosi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında gülləliyərək qətlə yetiriblər.

Kürdlərin hüquqları uğrunda mübarizə apardıqlarını iddia edən kütləvi informasiya vasitələrinin belə cinayətə səssiz qalması şübhəsiz ki, onların kürd əhalisi deyil, terror qruplaşmalarına xidmət etdiklərini göstərir. Onlar həmin qruplaşmaların Qərbi Azərbaycan Əyalətinə olan ərazi iddialarını təbliğ edərək kürd gənclərini qruplaşmalara meyilləndirir, belə hadisələr baş verdiyində isə səssiz qalırlar. İran rejimi isə kontroldan çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları fəaliyyətlərinə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.