vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
21:35 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səbirsizliklə gözləyirəm»

Con Makkeyn Senata qayıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ senatoru Con Makkeyn səhiyyə islahatlarına dair mühüm səsvermədə iştirak etmək üçün bu gün Senata qayıdır. Bu haqda respublikaçı senatorun ofisindən xəbər verilib.

Bu yaxınlarda beyin xərçəngi diaqnozu qoyulmuş Arizona senatoru Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla bir sıra mühüm qanun layihələri üzərində işi davam etdirəcək.

«Səhiyyə xidməti islahatları, müdafiə xərcləri və Rusiyaya qarşı sanksiyalar üzərində işləmək üçün Senata qayıtmağımı səbirsizliklə gözləyirəm», senator Makkeyn «Twitter» səhifəsində yazıb.

ABŞ Senatında bu gün respublikaçıların keçmiş prezident prezident Barak Obamanın qəbul etdiyi səhiyyə xidmətləri planının ləğv edilməsi təşəbbüsləri ilə bağlı debatlara dair səsvermə keçiriləcək.

Demokratlar Obamacare adı ilə tanınan qanunun ləğvi səylərinə birgə müqavimət göstərir.