vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
13:56 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 2566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... bakteriyalar yoxa çıxdı

Dondurmalar təkrar yoxlanıldı və…

MÖVZU İLƏ ƏLAQƏLİ

«AER Company Group» MMC-nin istehsal etdiyi 11 adda dondurma çeşidi Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb. Yoxlamalar zamanı AER məhsullarında bağırsaq çöpü tipli bakteriya aşkarlanmayıb. İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzində də dondurma nümunələri yoxlanılıb və məhsullarda insan sağlamlığına təhlükə törədən, normadan artıq heç bir hal aşkar edilməyib.

MMC-nin təsisçilərindən biri Adil Şərifov bildirib ki, müəssisə öz fəaliyyətini davam etdirəcək. «İqtisadiyyat Nazirliyi dondurmaları 14 parametrə görə yoxlayıb. 13-ü standartlara cavab versə də, yalnız birində nəticə yaxşı çıxmayıb. İqtisadiyyat Nazirliyinin əməkdaşları dondurma nümunələri satış mərkəzlərindən götürüb. Əslində isə, analiz nümunəsi mütləq istehsalat müəssisəsinin anbarından götürülməli idi. Məhsul mağazaya çatdırılana qədər xeyli yol keçir, əl dəyişir. Bu zaman nəticə heç vaxt düz çıxa bilməz. Bağırsaq çöpü tipli bakteriyalar çirkli mühit deməkdir. Bu bakteriyalar əlimizdə, avtobus tutacaqlarında, əksər yerdə var», - A.Şərifov söyləyib. (lent.az)