«Kreml bizdən əl çəkmir»
Qarabağa görə 120 minlik Rusiya qoşunu?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsinin və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərin məqsədi Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir. Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə Gürcüstnanın keçmiş müdafiə naziri, nüfuzlu dövlət xadimi Dmitri Şaşkin «Pirveli radio»ya müsahibəsində çıxış edib.
Şaşkinin sözlərinə görə, əgər 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə indi Gürcüstan Rusiyanı sadəcə olaraq Ermənistana dəhliz kimi maraqlandırır. Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır.
Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda ona yaxın hökumətin əliylə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar «B» planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır.
«Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Baş qərargahına görə regionda iki potensia təhdid var-İran və Qarabağ»-Şaşkin deyib. Gürcüstanın keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil.
Şaşkin deyib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Onun sözlərinə görə Gümrü bazası vasitəsilə Rusiya regiona, o cümlədən Qarabağa nəzarət edir. «Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir. Bunu başa düşməyən ancaq bizim hökumətdir. Hökumət hesab edir ki, Rusiyanı sığallasaq onlar bizdən əl çəkəcək. Təəsüf ki, Rusiya bizdən əl çəkmir. Rusiyanın regiondakı əsas hədəfi hazırda Gürcüstan yox, Azərbaycan və İran, konkret olaraq Qarabağdır», - Şaşkin bildirib.
Keçmiş müdafiə nazirinin fikrincə Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək, bu isə Gürcüstanın faktiki işğalı deməkdir. Şaşkinin dediyinə görə, 2012-ci ildən sonra Rusiya Abxaziya dəmir yolunun açılması üçün çox çalışıb, ancaq bu baş tutmayıb. «Gərək bu saat bizim baş nazir və xarici işlər naziri Vaşinqtonu, Ankaranı, Brüsseli dolaşıb təhlükə barədə car çəksin, onlar isə bunu etmirlər», - Şaşkin deyib.