vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
09:57 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 1635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gərginliyin pik həddi

Cənubi Osetiyada Rusiya, Tiflisdə isə NATO təlimləri keçirilir

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 7 günlük hərbi təlimlərinə start verilib. 58-ci ümumqoşun ordusuna daxil olan hərbi hissələr arasında keçirilən təlimlər əsgərlərin döyüş qabiliyyətinin hansı səviyyədə olmasını yoxlanılması adı altında start götürüb. Hərbi təlimlərə 16 mindən yuxarı hərbçi və 4 mindən artıq döyüş texnikası və silahlar cəlb edilib.

Gürcüstanın nəzarəti olmayan ərazilərdə iri miqyaslı təlimlər dərhal bu ölkədə həyəcan yaradıb. Gürcüstanın rəsmi şəxsləri Rusiya ordusunun hərbi təlimlərini bütün region üçün həyəcana səbəb ola biləcək siqnal hesab ediblər. «Bu cür manevrlər təhlükə doğurur və tək Gürcüstan üçün deyil, bütün region və Avropa üçün təhlükə yaradır», - deyə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə naziri Ketevan Çixelaşvili bildirib. Analoji bəyanatı sabiq müdafiə naziri Dmitri Şaşkini də səsləndirib. Onun sözlərinə görə, Rusiya Sxinvalidəki hərbi korpuslarını Gürcüstanın hələ də işğal olunmayan ərazilərinə hücum üçün hazırlayır. O, əlavə edib ki, bu cür təlimlər bürün region üçün hədə kimi qəbul olunmalıdır: «Rusiya Gürcüstan ərazisindən Ermənistan ərazisindəki Gümrü bazasına dəhliz açmağa hazırlaşdığını gizlətmir. Onlar buna hazırlaşır və bunu gizlətmirlər də»,  - deyə sabiq müdafiə naziri bildirib. O, əlavə edib ki, Rusiyanın Cənubi Osetiyadakı hərbi təlimi təkcə Gürcüstan üçün yox, İran üçün də təhdiddir.

Yayılan məlumatlara görə, Rusiya Silahlı Qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila rayonu ərazisinə doğru istiqamət götürüblər. Bakı-Supsa neft kəmərinin bir hissəsi də onların nəzarəti altına keçib. Bu xəbəri Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən də təsdiq ediblər. Briqada generalı Amiran Salikvadze gürcü KİV-lərinə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründəki sərhədlərin bərpasına çalışırlar. Bir faktı da qeyd edək ki, bir neçə gün bundan əvvəl Gürcüstan deputatları Moskvaya səfər edib. «Vətənpərvərlər Alyansı» adlanan partiyanı təmsil edən deputatlar Dövlət Dumasında görüşlər də keçiriblər. Çoxları onları Rusiyanın Gürcüstandakı «beşinci kolonu» kimi qiymətləndirir. Parlamentdə 5 faiz yerlə təmsil olunan bu partiyanın Gürcüstandakı daxili vəziyyətə necə təsir edə biləcəyi sual altında olsa da, çoxları onları Gürcüstanda Rusiyanın nüfuz agentləri kimi qiymətləndirirlər. Maraqlıdır ki, onlar son dövrlər siyasi fəallıqlarını artırıblar. Dəfələrlə Rusiya ilə danışıqlara gedilməsini, ölkənin ərazi bütövlüyünün bərpasının sonrakı məsələ olduğunu iddia ediblər. Xüsusi qeyd edirlər ki, Rusiya Qafqazda sülhün təminatçısıdır. Eləcə də, Rusiyanın irəli sürdüyü bütün şərtlərlə razılaşmağı vacib sayırlar.

Gürcüstan parlamentinin hüquqi məsələlər üzrə komitəsinin üzvü Vaxtanq Xmaladze hesab edir ki, Bakı-Supsa neft kəmərinin bir hissəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi Gürcüstana təzyiq vasitəsi, tanınmamış Cənubi Osetiyanın sərhədlərinin delimitasiyasının tanınmasına nail olmaqdır. Məsələ ondadır ki, Gürcüstan tanınmamış Cənubi Osetiya ilə danışıqlar aparmaqdan imtina edir. Moskva isə tanınmamış qurumun tanınmasını tələb edir: «Bakı-Supsanın bir hissəsi üzərində nəzarəti ələ almaqla Rusiya kəmərin sahibi BP-dən neftin tranzitinə görə heç nə tələb edə bilməz. Belə ki, bu hissə Cənubi Osetiyanın ərazisindən keçir. Separatçı qurum da heç nə əldə edə bilməz, çünki beynəlxalq hüququn subyekti deyil».

Rusiyanın regiondakı bu addımı Qərbə yönəlik bir siqnaldır. Bununla demək istəyir ki, Xəzər regionundan Avropaya nəql edilən enerji axınları üzərində nəzarətin böyük bir hissəsini həyata keçirir. Lakin iqtisadçılar bildirir ki, bu təhlükə yalnız Bakı-Supsa üçün var. Yerdə qalan layihələr - Bakı-Tiflis-Ceyhan və Bakı-Ərzurum üçün bu təhlükə yoxdur. Səbəb də onların coğrafi cəhətdən gərginlik olan bölgədən uzaqda olmasıdır. Məşhur rusiyalı hərbi ekspert Pavel Felqenqauer isə hesab edir ki, baş verənləri dramatikləşdirmək gərək deyil. Lakin bununla belə, o, faktiki olaraq gürcü briqada generalı Amiran Salukvadzenin bəyanatını təsdiqləmiş olub. General bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olan sərhədlərin bərpasına çalışır. O, əlavə edib ki, Gürcüstan ərazisindən Ermənistandakı hərbi bazaya dəhliz açılması planı da real deyil. Əgər bu kiməsə lazım olsa, onda başqa cür olacaq», - deyə o bildirib. O ki qaldı Azərbaycana, onun qənaətincə, ölkəmiz üçün hər hansı bir təhlükə yoxdur. «Təlimlərin özü Soçinin qorunması ilə bağlı qarşıya qoyulan məqsədlərin hədəfə çatılması ilə bağlıdır. O ki qaldı Gürcüstanda sərhədlərin dəyişdirilməsi ilə baş verənlərə - bu hərbçilərin təşəbbüsüdür. Rusiyanın ali rəhbərliyinin başı indi başqa məsələlərə qarışıb – amerikalılar, sanksiyalar, Suriya, Donbas, Ukrayna, Koreya və s.» - deyə ekspert bildirib. Lakin əlavə edir ki, bu problem Gürcüstan üçün əhəmiyyətlidir. «O ki qaldı Bak-Supsaya, baş verənlər kəmər üçün hər hansı bir təhlükə yaratmır. Kəmər yerin altındadır və üstündə baş verənlərin ona təsiri yoxdur və heç kim onu qazmaq niyyətində deyil», - deyə əlavə edib.

Bəzi ekspertlər isə qeyd edir ki, Rusiyanın təlimləri NATO-nun Gürcüstandakı təlimlərinə cavabdır.

Belə ki, iyulun 30-da Vazianidə (Tiflis) növbəti «Noble Partner» hərbi təlimləri başlayacaq. Bu təlimlər Gürcüstan ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün 2015-ci ildən bəri təşkil olunur. Bu dəfə təlimlərə üzv və tərəfdaş ölkələrdən 3 minə yaxın əsgər və çoxlu sayda hərbi texnika cəlb edilib. Artıq Poti limanına gələn NATO hərbi texnikası quru yolu ilə Tiflisə irəliləyir və NATO tankları ilə rus tankları arasında çox az məsafə var. Təlimlərin açılışında yüksək səviyyəli qonaq - ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək. Bu fakt isə hazırkı çətin məqamda Gürcüstana dəstək nümayişi kimi qiymətləndirilməlidir.