vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
11:22 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 1987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada Stalinə rəğbət artıb

«Ölkədə qücə tələb var və bu tələbə cavab verilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixçilərin böyük hissəsi Stalinin repressiv polis dövlətində milyonlarla insanın həyatına son qoyan bir diktator olduğunu düşünür. Lakin ruslar arasında onun effektiv dövlət başçısı və sovet Rusiyasının güc simvolu olduğuna inananların sayının getdikcə artdığı müşahidə edilir.

Hökumətin dəstəklədiyi VTsİOM adlı sorğu agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, «rusların yarısından çoxu (62 faiz) Stalinin uğurlarını nümayiş etdirən plakatlar, büstlər və portretlərin ictimai yerlərdə yerlərdirilməli olduğunu» düşünür. Bununla yanaşı, vətəndaşların 65 faizi Stalinin uğursuzluqlar və cinayətləri haqda materialların göstərilməsinin əleyhinədir.

18-24 yaşlarında olan respondentlərin 77 faizi Stalinlə bağlı xatirələrin canlandırılmasını dəstəkləyir. Yaşı 60-dan çox olan respondentlər isə onları bəyəndiyini bildirib.

Sorğu iştirakçılarının 42 faizi deyib ki, onlar qonşu binalarda Stalinin xatirəsinin əbədiləşdirildiyi plakatlar görmək istəyərdilər. Respondentlərin 21 faizi buna mənfi münasibət bidirib, 33 faizi isə buna nə mənfi, mən də müsbət bir şey kimi baxdıqlarını deyiblər.

Rəy sorğusu iyul ayında keçirilib. Həmin o ərəfədə Rusiyanın yeganə müstəqil sorğu agentiyi olan Levada Mərkəzi Amerikanın Səsinin Moskva bürosuna ruslar arasında diktatorluğa dəstəyin artdığını bildirib.

Rusiyada Stalinə rəğbət Rusiya dövləti səviyyəsində aparılan təbliğat və Kreml tərəfdarlarların əhval-ruhiyyəsində əks etdirilir.

VTsİOM adlı sorğu agentliyinin nəticələrini şərh edən Rosneft neft şirkətinin mətbuat katibi Mixail Leontyev Komsomolskaya pravda qəzetinə deyib: «Stalin insanların gözündə Rusiyanın qüdrətini təcəssüm etdirir. Və biz bunu istəsək də, istəməsək də, bu, belədir. Ölkədə qücə tələb var və bu tələbə cavab verilməlidir».

Stalin ölkəni 1920-ci illərin ortalarından 1953-cü ildə ölümünə qədər idarə edib. Onun hakimyyəti dövrü opponentlərinə qarşı təqiblər və hakimiyyətin mərkəzləşdirilməsi ilə qeyd olunub.

Stalin həm də Sovet İttifaqını İkinci Dünya müharibəsi dövrü idarə edib və xaricdə kommunist tərəfdarı olan siyasi partiyaları dəstəkləyərək, Sovet İttifaqını qüdrətli dövlətə və Birləşmiş Ştatların rəqibinə çevirib.


Təbliğat və gənc tərəfdarlar


VTsİOM sorğu agentliyinin rəhbəri Valeri Fyodorov Rusiya prezidentinə tam sədaqət göstərir. Fyodorov bu yaxınlarda Rusiyanın müstəqil Dojd tele kanalına müsahibə deyib ki, Vladimir Putini tənqid edənlər «ölkəni sevməyən və onun daha yaxşı olmasını istəməyən insanlar»dır.

Amerikanın Səsinin Moskva bürosunun müsahibə apardığı ekspertlər VTsİOM-in keçirdiyi sorğunun nəticələrini şübhə altına almasalar da, bəziləri deyib ki, bu, Rusiyanın hazırkı rəhbərliyinə dəstək kimi qəbul edilməməlidir.

Siyasi təhlilçi Dmitri Oreşkin Amerikanın Səsinə deyib ki, yaşı 25-ə qədər olan gənclər arasında «Stalinə hqiqətən də böyük rəğbət var», lakin bu, əslində, status kvo vəziyyətinə «daxili bir müqavimətdir».

«Onlar hazırda baş verənlərlə razı deyillər, amma onlar eyni zamanda, məsələn, liberal siyasətçi Qriqori Yavlinskiyə də qulaq asmağa hazır deyillər. Çünki onların beynində propaqandanın yaratdığı 1990-cı illər haqda dəhşətlər var. Bu da öz növbəsində, Sovet İttifaqının Stalinin hakimiyyəti altında hamının qorxduğu və hörmət etdiyi qüdrətli bir dövlət olduğu haqda bir təsəvvür yaradıb. Eyni zamanda, onlar Sovet İttifaqında piştaxtaların boş olduğu mağazaları da təsəvvür edə bilməzlər. Onlar buna inanmırlar. Lakin onların fikrincə, Stalin hazırda baş verənlərə alternativdir».

Oreşkin deyir ki, belə əhval-ruhiyyə Rusiyanın dövlət təbliğatının və Putinin rusların təfəkküründə son 15 ildə yaratdığı dəyərlər sisteminin birbaşa nətisəsidir. Lakin o əlavə edir ki, Stalinlə bağlı bu kimi baxışlar status kvo ilə bağlı «xəyali alternativ» təqdim etməklə yanaşı, eyni zamanda, Kremlə zərər verə bilər.

«Onlar internetdə açıq deyirlər ki, Stalin Donbası verməzdi və Ukrayna işğal olunmalıdır, Stalin bunu edərdi, Putin isə etmədi. Bununla onlar Putinə virtual məkanda müxalif çıxırlar».

Təhlilçinin sözlərinə görə, «əvvəl-axır, bu fikirdə olan gənc zabitlər iqtisadiyyatın tənəzzülə uğraması ilə bunlara güc yolu nail olmaq istəyəcək».


Stalinin xatirəsinin canlandırılması


Müxalif siyasətçi və tarixçi Vladimir Rıjkov Stalinin xatirəsinin canlandırılmasının Vladimir Putinin hakimiyyəti dövrünə təsadüf etdiyi fikri ilə razılaşır.

«Perestroyka dövrü və 90-cı illərdə hökumətin Stalinə münasibəti neqativ idi. Mixail Qorbaçov sovet polibürosu vasitəsilə Stalinin terrorlarının pislənməsinə və onun cinayətkar adlandırılmasına dair qətnamə qəbul etdi. Valideynləri Stalin dövründə həbs edilən Boris Nikolayeviç Yeltsin də Stalinə birmənalı şəkildə cinayətkar kimi baxırdı. 2000-ci illərdə tədricən Stalinin xatirəsinin canlandırılmasına başlanıldı, Stalinin və onun gizli polisinin rəhbəri Lavrenti Beriyanın cinayətkar kimi göstərilmədiyi saxta tarixi filmlər yaradılıb göstərilməyə başladı».

Rıjkov qeyd edir ki, Rusiyada hökumət tərəfindən bir neçə il bundan əvvəl təsdiq edilmiş məktəb dərsliklərində 1930-cu illərdə Stalinin «Böyük Terror» dövrü «sosialist demokratiyasının prinsiplərinin pozulması» kimi dəyərləndirilir.

«Bu, hökumətin cinayətkarın təmizə çıxarılması siyasətinin bir hissəsidir», o bildirib.

Oreşkindən fərqli olaraq Rıjkovun fikrincə, Stalinin reabilitasiyası Kremlin xeyrinədir.

«Satlin modeli hərbi düşərgə, mobilizə edilmiş bir ölkə modelidir, burada rəsmilər «nəzarətin onlarda olmaması» və «düşmən xarici mühit»i günahlandıra bilərlər», o bildirir.

«Bu modeldə, şəxsən varlanmaq və hərbi büdcəni artıraraq, hökuməti müdafiə edənlərə pul ödəməklə pulu hər şeyə xərcləmək mümkündür», Rıjkov əlavə edir.