vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:49 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 1831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hələlik heç bir cavab vermirəm»

«Spartak»ının futbolçusu Azərbaycan millisində çıxış edə bilər

«Mənimlə dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər». Bunu Rusiyanın «Anji» klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev «Sovetskiy sport»a deyib.

22 yaşlı yarımmüdafiəçi bildirib ki, hələlik qərar verməyə tələsmir: «Hazırda da Azərbaycan millisinə çağırırlar. Hələlik heç bir cavab vermirəm. İndi əsas olan Rusiya Premyer Liqasında oynamaq və möhkəmlənməkdir. Sonrasına baxarıq».

Qeyd edək ki, Ayaz Quliyev müqavilə üzrə Moskva «Spartak»ına məxsusdur və «Anji»də icarə əsasında çıxış edir. O, Rusiyanın aşağı yaş qrupları üzrə yığma komandalarında forma geyinib. Yarımmüdafiəçi U-21-in heyətində 15 matça çıxıb və 2 qol vurub. Lakin hələlik əsas milli komanda ilə bağlı seçim etməyib. («Report»)