vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
22:55 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 4486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rus pulu» «ölməyə» başladı

Rusiyada dolların məzənnəsi 60 rublu ötüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb. «Report» xəbər verir ki, sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.

Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.

Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9 faiz artım gözlədikləri halda, göstərici 1,8 faiz təşkil edib və II rübdə qeydə alınan 2,5 faiz artımdan xeyli aşağı olub.

Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir.

«Report»un analitik qrupu RUB/USD məzənnəsinin ayın sonuna qədər 63 səviyyəsinə yüksələcəyini istisna etmir.