vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
22:55 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bitcoin» yenidən ucuzlaşdı

Kriptovalyutanın qiyməti 10 min dolların altına düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bitcoin»in qiyməti yenidən 10 000 dollar səviyyəsindən aşağı düşüb. Fevralın 6-da 5 900 dollar səviyyəsinə qədər geriləyən bitkoin fevralın 21-də 11 900 dollara qədər bahalaşıb. Son iki gündə isə yenidən ucuzlaşmağa başlayan «Bitcoin» hazırda 9 955 dollara satılır.

«Report»un analitik qrupu kriptovalyuta bazarında satışları dolların möhkəmlənməsi və qısa müddət ərzində bazarın kapitallaşmasının 2 dəfə artması ilə izah edir. Satışların daha 10-15 faiz davam edəcəyi, bazarın kapitallaşmasının 350 mlrd. dollara qədər geriləyəcəyi ehtimal edilir. «Bitcoin»in qiymətinin 8 500-8 700 dollara qədər geriləməsi istisna olunmur. Hazırda bitkoinin bazarda payı 39,3 faiz təşkil edir. Bazarın kapitallaşması isə 420 milyard dollara bərabərdir.

«Report»un analitik qrupu kriptovalyuta bazarında əsas hərəkətlənmənin yay aylarında olacağını proqnozlaşdırır və bazarın kapitallaşmasının 1 trilyon dolları ötəcəyini ehtimal edir.