vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
00:37 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Rubl bahalaşır

«Standard & Poors»un dəstəyi ilə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya rublu, beynəlxalq kredit reytinqi agentliyi «Standard & Poors»un (S&P) Rusiyanın reytinqini «investisiya edilə bilər» səviyyəyə yüksəltməsindən sonra inkişaf etməkdə olan ölkələrin pul vahidləri arasında ən çox dəyər qazanan pul vahidi olub, səhmlər və avrobondlar yüksəlib.

Rubl dollar qarşısında 1.1 faiz dəyər qazanaraq Bakı vaxtı ilə 14:50-də 55.8793-ə gəlib və bir həftədən artıq bir müddətdir ən yüksək qazancını həyata keçirib.

MOEX Rusiya İndeksi 1.2 faiz yüksələrək rekord səviyyəyə çıxıb.

Rusiyanın ABŞ və Avropa ilə olan əlaqələrinin pisləşdiyi bir zamanda, Prezident seçkilərinə 3 həftə qalmış «Standard & Poors»un Rusiyanın reytinqini qaldırması beynəlxalq bir təşkilat tərəfindən nadir rast gəlinən addım olub.

Rəsmi məlumata görə, Rubl/Manat məzənnəsi 0,0304 səviyyəsinə qalxıb.

Rusiyanın maliyyə naziri Anton Siluanov verdiyi açıqlamada, «hazırda Rusiya 2 beynəlxalq agentlikdən spekulyativ olmayan reytinq alıb və bu pensiya fondları və sığorta şirkətləri kimi daha mühafizəkar təşkilatların ölkə istiqrazlarına investisiya qoymalarını təmin edəcəkdir» deyə bildirib.