“Türkiyə ittifaqı” alınmadı…
Türk seçici mağdur siyasətçiləri sevir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Türkiyə Yüksək Seçim Kurulunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğvi və 23 iyunda yenidən seçkinin keçirilməsi barədə qərarı o deməkdir ki, Türkiyə həmin tarixə qədər yenidən kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq. Halbuki, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan özü demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq, problemlərin həlli ilə məşğul olmaq lazımdır və bu mənada “Türkiyə ittifaqına” ehtiyac var. “Türkiyə ittifaqı” ən azı bir ay təxirə salınır...
Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli İldırımın hesabına dəyişərdi. Məntiq var. Sadəcə sual olunur: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar? YSK-nın yeni qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq. Tam şəffav seçkilər keçirmək çətin olacaq. İstanbulda yenidən seçki keçirmək növbəti seçkilərdə mənfi presedent yaradacaq.
İkincisi, hakim partiya YSK-da da Gülən izi tapıb. İstanbul prokurorluğu YSK-da çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır: Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, YSK sədri fərqli qərar versəydi Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsindən də çəkinə bilərdi.
Beləliklə, 23 iyuna qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir. Əsas suallardan biri budur: AKP və CHP yenədəmi eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli İldırım olacağı haqqında fikir söyləmək çətindir. Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli İldırımla yox Rəcəb Tayyib Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa bu o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa partiyası seçkidən qələbə qazana bilməyəcək. Əslində bu həqiqətən belədir. AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır.
Türkiyə mağdur siyasətçiləri sevir. Vaxtilə Rəcəb Təyyub Ərdoğanın elə İstanbul bələdiyyə başçısı qismində mağdur duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına və Prezidentlik məqamına qədər məsafə qət etməsinə yol açdı. İndi mağdur duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır. (“Atlas” Araşdırmalar Mərkəzi(