Türkmənçay müqaviləsində erməni sözü olmayıb
Fransızca yazılan sənədin tərcümələrində səhvlər olub
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkmənçay müqaviləsi...
Çar Rusiyası işğalı və 200 illik müsibətlərin başlanğıcı
-
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
-
Kəndli qiyamları
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
-
Tehran divarlarında Abbas Lisani şüarları
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
-
Tozlu havada liftə minməyin fəsadları...
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə) -
Vahid təşkilata və liderə ehtiyac var ...
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
-
«Həmişə onlardan ummuşuq»
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
-
... Rejim qadını necə sevə bilər?
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
-
Qadının cəmiyyətdəki rolu
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
-
«Erməni Güney Azərbaycan türklərinin adından danışır»
Yaxud erməninin panfarsçılığı
-
1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. (Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты, относящиеся до заключения мира с Персией. Изд. Лазаревского ин-та, Спб, 1828.)
Müqavilənin əsas müddəaları Peterburqda hazırlanıb. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynayıb. İlk olaraq 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirboyedov və Obresk tərəfindən əlavələr edilib.
Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə aid heç bir cümlə olmayıb. Müqavilənin orijinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой трети XIX в.», «Вестник Ленингр. У-та 1959, У.)
Türkmənçay müqaviləsi Peterburqdan Qriboyedov və digər rus hərbçi və diplomatlara çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişir, 14-cü maddəyə ermənilərin (əslində cümlədə “erməni” sözü yoxdur. Tam cümlə belədir: “hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər”. Bu isə sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi) hüquqları əlavə edilir. 12-ci və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi. (ЦГИАЛ, ф. 1018, оп. 2, д. 81, ll. 343 - 343 об.)
Müqavilənin əsas orijinalı fransız dilində yazılıb, onun sonradan rus və fars dillərinə tərcüməsində çoxsaylı səhvlər var idi.
Elə IV bəndə yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq, o dağların zirvəsindən keçir....” Lakin fars və fransız variantında yazılır: “Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Ağrı zirvəsindən...”
İkinci müqavilənin orijinal Peterburq nüsxəsində yazılır: “İran və Türkiyə sərhədində kazaklar yerləşdiriləcək” (ЦПИАЛ, ф. 1018, оп. 2, д. 248, л. Содержание письма неустановленного лица к Аббасу Мирзе с предложением мира. Без даты).
Təəssüf ki, burada tarixçilərin çox az diqqət etdiyi bir məqam da var. Bu da Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur…
Müqavilənin orijinal və sonradan dəyişikliyə uğrayan maddələrində “Ermənistan” sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün real tarixi faktları saxtalaşdıraraq, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər.