Vaşinqton ASEAN ölkələrini dəstəkləyəcək
Çinin borcunu qaytara bilməyənlər ağır şərtləri ilə üzləşirlər
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Ruanq vulkanı xəbərdarlığı
12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ay uğrunda qızğın mübarizə
Yaponiya Çini geridə qoya bilər
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
ABŞ prezident Co Bayden bir neçə gün əvvəl Vaşinqtonda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) dövlətlərinin (İndoneziya, Bruney, Kamboca, Sinqapur, Tayland, Laos, Vyetnam, Malayziya və Filippin) liderləriylə görüşüb. Ağ Ev sahibi çıxışında Hind-Sakit okean regionu, onun sabitliyi və təhlükəsizliyi haqqında danışıb. Əslində isə Vaşinqtonun təşkil etdiyi ASEAN toplantısı ABŞ-ın Çinin nüfuzunu artırdığı və regional sularda geniş iddialar irəli sürdüyü Hind-Sakit Okean regionuna sadiqliyini nümayiş etdirmək məqsədi daşıyıb.
Çinin Cənubi Asiya regionunda artan nüfuzu ilə bağlı narahatlıqlar fonunda Birləşmiş Ştatlar ASEAN-a dəniz əməkdaşlığı, infrastruktur və digər təşəbbüslər üçün 150 milyon ABŞ dollarından çox investisiya vəd edib. Ağ Evdən yayımlanan açıqlamada ABŞ-ın ASEAN ölkələri ilə əlaqələrini dərinləşdirəcəyi və ümumi məqsədlərə çatmaq üçün ortaq potensialı genişləndirəcəyinə yönəlik təşəbbüsləri dəstəkləyəcəyi bildirilib. Vaşinqton “ümumi məqsəd” dedikdə ASEAN dövlətlərinin Amerika ilə birgə Çinin bölgədə artan roluna qarşı ümumi mübarizəni nəzərdə tutub. Ancaq 150 milyon dollar ASEAN dövlətləri üçün böyük məbləğ deyil. Digər tərəfdən Vaşinqton vəd etdiyi 150 milyon dolların hələ ki, 60 milyonunu ayırmağa hazırdır. Bu maliyyənin də əsas hissəsi ABŞ Sahil Mühafizəsi tərəfindən idarə olunacaq. Çünki Vaşinqtonun əsas məqsədi ASEAN öləkələrinin sahil qüvvələrini gücləndirməkdir.
ASEAN ölkələri Vaşinqtonun dəstəyi sayəsində özlərini Çin təhlükəsindən qorumağı düşünürlər. Vaşinqton da bunda maraqlıdır. Təsadüfi deyil ki, Amerika ilk dəfədir ki, ASEAN liderlərini paytaxt Vaşinqtonda toplayıb. Böyük ehtimalla bu toplantı Co Baydenin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirlərinin təşəbbüsü əsasında həyata keçirilib. Ümumiyyətlə ABŞ-ın ASEAN ölkələri ilə ticarətin həcmi 400 milyard dollara yaxındır.
Pekin Amerikanın bölgə ilə bağlı təşəbbüslərini diqqətlə izləyir və boş dayanmır. ASEAN dövlətlərinin bir qismi Pekinin regional siyasətindən ehtiyat etsələr də, Çinin yatırımlarına da maraq göstərirlər. Çin ASEAN ölkələrinə ABŞ-dan çox yatırım vədi verib. Bu milyardlarla dollardır. Amerika ASEAN ölkələrinə yatırımın miqyasını artırmayınca Çinin bölgədə artan roluna mane ola bilməyəcək. Çünki ASEAN ölkələri təhlükəsizliklərini artırmaq haqqında düşünsələr də, onlar üçün iqtisadi və sosial problemlərin həlli az əhəmiyyətli deyil. Bunun üçün isə xarici yatırımlara və ortaq layihələrə ehtiyac var. Bu təşəbbüslər isə əsasən Çindən gəlir. Halbuki, ASEAN dövlətləri borcu qaytara bilmədikdə Çinin ağır şərtləri ilə üzləşirlər.