vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
08:50 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 2576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Buna göz yummayacam»

Deputatın rəis oğlunun döydüyü polis mayor danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu cür kobudluğa heç vaxt göz yuma bilmərəm». Bunu AzNews.az-a Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi, deputat Aqil Abbasın oğlu Tuncay Abbasov tərəfindən döyülən, polis mayoru Bağır Səlimov deyib.

O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin rəhbər şəxsləri və generallar məlumatlandırılıblar: «Baş verən hadisə ilə əlaqədar nazirlik və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində araşdırma aparılıb, bəzi şəxslər dindirilib və video görüntülər götürülüb».

Polis mayoru deyib ki, pozulmuş hüququnun bərpasının təmin olunmasında israrlıdır: «Mən müharibə iştirakçısıyam və Azərbaycanın ərazi bütövlüyü uğrunda  vuruşan  insanlardanam. Hər zaman da əziyyətimin, zəhmətimin hesabına yaşamışam və heç zaman vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişəm. Daim daşıdığım vəzifənin məsuliyyətini dərk etmişəm. İnanıram ki, bu haqsızlıq yerdə qalmayacaq».

B. Səlimov ümidlidir ki, bu məsələyə qanunvericilik çərçivəsində aydınlıq gətiriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, sözü gedən məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır. O,  rəisin öz əməkdaşını döyməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını deyib.

Bundan başqa, millət vəkili Aqil Abbas da açıqlamasında döymə faktını təkzib edib: «Bu informasiya kökündən yalandır. Mənim oğlum adam döyəndi?»

Yeri gəlmişkən, onu da qeyd edək ki, Tuncay Abbasov müharibə veteranı olan mayoru döyəndən sonra belə deyib: «Mən nazirin qucağında böyümüşəm, mənə heç kim, heç nə edə bilməz».