vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SOSİAL  
11:54 | 30 may 2013 | Cümə axşamı Məqaləyə 3388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Pizza-İnn” cərimələndi

“Friboy” nişanlı mal əti Natiq Qədirova baha başa gəldi

lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, 11 aprel 2013-cü il tarixindən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunub.
Eyni zamanda dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliya Respublikasından idxal olunan “Friboy” nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyənləşdirilib. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Natiq Qədirov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilib. Məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq olunub, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5000 manat cərimə edilib.