vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ATLETİKA  
21:13 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atletlərimizə ağır cəza

Ağırlıqaldıranlamız 500 min dolların altından qalxa bilmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 500 min dollar cərimələnib. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar çıxarıb.

IWF-nin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, qurum dopinq istifadəsinə qarşı qətiyyətli mövqeyi ilə əlaqədar 9 idmançısının dopinq analizlərinin müsbət nəticə verməsi səbəbindən AAAF-ı sərt cəzalandırıb. Eyni zamanda ali qurum milli federasiyadan idmançılar, məşqçilər və yığma komandamızın həkimləri ətrafında araşdırmalar aparmağa çağırıb.

İcraiyyə Komitəsi üzvlük haqlarını ödədiyini və ali qurumun günahsız idmançıları cəzalandırmama siyasətini nəzərə alaraq, AAAF-ın IWF-yə üzvlüyünü dayandırmamağı qərara alıb. Bununla belə, AAAF-a kəsilən cərimə 6 ay müddətində ödənilməlidir. Əks halda, IWF-nin təqvim ilində Azərbaycan heç bir ağırlıqqaldırma yarışında təmsil olunmayacaq.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısını qazandıqları medallardan məhrum edib.

Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

Bununla yanaşı, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.

Hətta Azərbaycanın Ağır Atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.

Bildirilir ki, bu biabırçılıqdan sonra Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov hadisədən bərk qəzəblənib.

Hələ idmançılarımız cəzaya məruz qalarkən federasiya rəsmiləri Əsgərovu əmin ediblər ki, narahatçılığa heç bir əsas yoxdur, anlaşılmazlıq olub və hər şey qaydasına düşəcək. İdmançılarımız ağır cəzaya məruz qalandan sonra Cahangir Əsgərovun səbir kasası daşıb. İndi isə federasiya 500 min dollar cərimələnib.