vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
13:06 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatdan həyəcan siqnalı

«Əhali ödənişlərdən imtina edə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşan deyil, bu qaçılmazdır, bahalaşmalar olacaq və benzinin qiyməti bütün sahələrə təsir edəcək».

Bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir: «Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq».

Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə «Premium Avro-95» markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.

Aİ-95 markalı benzinin litri isə 80 qəpik idi.

Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub.