vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
09:25 | 14 may 2014 | Çərşənbə Məqaləyə 1515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Büdcəyə 2,6 milyardlıq xeyir

Vergilər Nazirliyindən 4 aylıq hesabat

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vergi daxilolmalarının həcmi 2 milyard 650 milyon 404,6 min manat təşkil edib.

Nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür.

Bildirilib ki, qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub.

Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 təşkil edib.

Cari ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz olub.