vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ƏDƏBİYYAT  
18:15 | 19 iyun 2013 | Çərşənbə Məqaləyə 3726 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəlimxan Yaquba böyrək köçürüləcək

Xalq şairi Almaniyaya ağır əməliyyata gedir

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq şairi Zəlimxan Yaqub iyulun 11-də Almaniyaya gedəcək. Bu barədə AzNews.az-a o özü məlumat verib. Xalq şairinin sözlərinə görə, Almaniyada ona yeni böyrək köçürülməsinin vaxtını dəqiqləşdirəcəklər.

Z.Yaqub bildirib ki, Almaniyadakı müalicəsi zamanı ona iki il vaxt qoyubmuşlar: “Demişdilər ki, iki ilə bədən bərpa olunar. Yəqin, indi bədənim bərpa olunar”.
Səhhətinin gündən-günə yaxşılaşdığını deyən xalq şairi bildirib ki, bundan sonra tədbirlərdə, telekanallarda da görünməyə başlayacaq. “Bu gün İctimai Televiziyada bir verilişdə iştirak etdim. “Ozan” verilişində Azərbaycan aşıq sənətinin keçmişi, bu günü, sabahı və taleyindən bəhs edildi. Aşıq Mehdi, Aşıq Cahangir və mən birlikdə olanları müzakirə etdik”.