vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
10:14 | 27 iyun 2014 | Cümə Məqaləyə 3616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd kitab iki sevgi

Budəfəki nəşrlərdə insani məhəbbətlə ilahi məhəbbət mövzusuna toxunulub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qanun» Nəşriyyat Evi bu gün dörd kitabla oxucuların hüzuruna gəlib. 2 avropalı və o qədərdə şərqli yazara müraciət edən naşirlər bu dəfə istər-istəməz maraqlı hissi qabardıb, insani və ilahi məhəbbət. Kənardan baxan sanar ki, yəqin şərqlilər ilahi, avropalılar isə insani sevgidən yazıb. Amma xeyr. Yəni hər iki qitəli yazarlardan hərəsi bir ülvi məhəbbəti ortaya qoyub. Bu isə insani hislərin məkanının olmadığını sübut edir. Beləliklə vaxt.az hər dörd kitabın qısa məzmununu təqdim edir. Hansını (yaxşı olar ki hər dördünü) oxuyacağına oxucu qərar versin.

 

Mark Levi: «HARADASAN?»

Gənc cütlük Suzan və Filipp bir-birini ömürlük sevməyə söz verirlər. Ancaq tale tezliklə onları bir-birindən ayırır. Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya yola düşür. Filipp isə Manhettendə qalır. Nyuark aeroportundakı cəmi bir neçə görüş istisna olmaqla, uzun illər bir-birilərilə yalnız məktub vasitəsilə əlaqə saxlayırlar. Filipp başına bir iş gələcəyi təqdirdə daim onun yanında olacağı barədə Suzana söz verir. Ancaq inanmazdı ki, bu söz nə vaxtsa onun həyatını tamamilə dəyişər və o, tanımadığı birinə qucaq açar...

Kitabın redaktoru Nəzirməmməd Zöhrablı, fransızcadan tərcümə edəni Aysel Namazəliyeva, korrektorusa Ceyran Abbasova olub.

 

Corc Cordaq: «İMAM ƏLİ»

«Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir» deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın «İmam Əli (ə) İnsan ədalətinin səsi» əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun beş cilddən (Əli və insan hüquqları, Əli və Fransa inqilabı, Əli və Sokrat, Əli və yaşadığı mühit, Əli və ərəb etnosu) ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilmişdir.

Əsərin Azərbaycan dilinə tərcümə etdiyimiz «Əli və insan hüquqları» adlı cildində müəllif Hz. Əli dühasının müxtəlif yönlərini təsvir etməyə çalışmışdır. Corc Cordaq ucsuz-bucaqsız, susuz və bir sözlə, həyatın özünü belə məhv edən bir səhrada Əli (ə) kimi bir şəxsiyyətin dünyaya gəlməsini möcüzə hesab edir. İnsanlığın bütün ali dəyərlərini qum dənəcikləri kimi qovurub məhv edən bir mühitdə bəşəriyyətə yüksək dəyərlər bəxş edən qüvvə yalnız möcüzə ola bilərdi.

Corc Cordaq bu cilddə İmam Əlinin davranışları və kə­lamları əsasında onun bəndəçilik, zahidlik, alicənablıq, səxavətlilik, ədalətlilik və sair kimi şəxsi keyfiyyətlərini, azadlıq, demokratiya, rəhbərlik, fərd və cəmiyyət, sülh və müharibə, zalım və məzlum anlayışları ilə bağlı mövqelərini işıqlandırmışdır.

Redaktoru Müqəddəs Şahbazov olan nəşrin, farscadan tərcüməsini Famil Şirvanov, korrektorluğunu Flora Əliyeva və Ceyran Abbasova edib.

 

Nəcib Məhfuz: «YENİ QAHİRƏ!»

Nəcib Məhfuzun «Qahirə romanları» silsiləsinə daxil olan «Yeni Qahirə» romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin «orta təbəqəsi»-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur... nazirin qohumları tərəfindən.

Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir.

Redaktorluğu Nəzirməmməd Quliyev, ərəbcədən tərcüməni Hülya Aslanova, korrektorluğu isə Ceyran Abbasova edib.

 

Stefano Benni: «TANRININ QRAMMATİKASI»

Məşhur italyan satirik-yazıçısı, şair, dramaturq, kino xadimi və jurnalist Stefano Benninin «Tanrının qrammatikası» adı altında ümumiləşdirilmiş «Yalnızlıq və şən he­kayələr» kimi təqdim olunan yaradıcılıq məhsulları, for­masına görə yığcam, məzmunca maraqlı sənətkarlıq nü­munələridir. Xüsusilə gənc nəsil üçün qələmə alınmış bu hekayələr təkcə həyatın şən anlarına işıq salmır. Oxucular bu hekayələrdə təzadlı yaşam tərzlərinin də şahidi olacaqlar...

Bu kitabın da redaktor: Nəzirməmməd Zöhrablı olub. İtalyancadan tərcüməni Abuzər Cəfərov, korrektorluğunu isə bundan əvvəlki hər 3 kitabda olduğu kimi Ceyran Abbasova edib.