vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
08:36 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 3398 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çempionun adı Almaniya

Finaldan sonra ən yaxşılar da məlum oldu, amma rekord qırılmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gəlib. Məşhur «Marakana» stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilirdi.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxta isə Almanlar fərqlənərək görüşdən qalib ayrılıblar – 1:0. Beləliklə, Yoahim Lövün komandası DÇ-2014-ün qalibi olub.

Almaniya çempion olmaqla  həm də Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşüb.

Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

Almanlar buna qədər 3 dəfə dünya çempionu adını qazanıb. 

 

«DÇ-2014»ün finalı

 13 iyul

00:00. Almaniya - Argentina

Baş hakim: Nikola Ritsoli (İtaliya)

«Marakana» stadionu. Rio de Janeyro


Oyunun göstəriciləri:


Göstəricilər

Almaniya

Argentina

Oyun sistemi

4-1-2-3

4-4-1-1

Baş məşqçi

Yoahim Löv

Alexandro Sabelya

Hesab

1

0

Qol (dəq.)

Mario Götze (113)

 

Zərbə

9

9

Dəqiq zərbə

5

0

Topla oyun (faizlə)

62

38

Küncdən zərbə

5

3

Ofsayd

3

2

Qayda pozuntusu

20

16

Sarı kart

2

2

Qırmızı kart

0

0

Cəzalananlar (dəq.)

Bastian Şvaynştayger (29)

Benedikt Hovedes (34)

Xavyer Maskerano (64)

Sergio Aquero (65)


«Braziliyada dünya çempionu olmaq qürurvericidir»


Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv DÇ-2014-ün finalında Argentina üzərində qələbədən (1:0) sonra çempionluqlarını şərh edib.
Təcrübəli  mütəxəssis komandasının uğurlu çıxışını kollektiv oyun və formalaşmış heyətlə əlaqələndirib:
«Biz 55 gün idi ki, futbolçularla bir yerdə çalışırdıq. Bu vaxt ərzində çox gərgin işləmişik. Ancaq heyətmiz hələ 10 il bundan qabaq qurulduğu üçün üzərimizə böyük yük düşmədi. Yurgen Klinsmannın baş məşqçiliyi dövründə Filip Lam, Bastian Şvaynştayger, Miraslav Kloze, Lukas Padolski kimi futbolçular milliyə cəlb olunub. Uzun müddətdir ki, həmin futbolçularla uğura doğru addımlayırıq. Nəhayət bu gün istəyimizə nail olduq.  Bu futbolçulara təşəkkür edirəm ki, onların sayəsində Cənubi Amerikada keçirilən mundiallarda çempion olan ilk Avropa komandası olduq. Təbii ki, Braziliyada, «Marakana»da çempion olmaq qürurvericidir».

  

«Komandamla fəxr edirəm»


«Bizim bu final oyunundan gözləntilərimiz çox idi. Çox istərdik ki, qalib gələk. Əlbəttə ki, məğlubiyyətə görə çox məyusam».
Bu sözləri Argentina millisinin baş məşçisi Alexandro Sabelya DÇ-2014-ün finalında Almaniyaya uduzduqları oyundan (0:1) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis məğlub olsalar da, rəqibdən geri qalmadıqları və komandasının  mükəmməl oyun sərgilədiyini bildirib:  «Futbolçularımdan çox razıyam. Onlar necə lazım idisə elə oynadılar. Meydanda əla komada olduqlarını isbat etdilər. Futbolçularımla fəxr edirəm. Komandamı gözəl oyuna görə təbrik etmək olar. Həmçinin çempionluq münasibəti ilə Almaniya millisini təbrik edirəm».


Rekord qırılmadı


Finalda baş tutan Almaniya – Argentina matçında qapılara iki qol vurulsaydı, 1998-ci ildə Fransada keçirilən mundialın rekordu yenilənəcəkdi və DÇ-2014 mundiallar tarixindəki ən çox qol vurulan çempionat olacaqdı.
Qeyd edək ki, DÇ-1998-də 171 qol vurulub. Bu gün keçirilən final oyununda isə Almaniya millisinin futbolçusu Mario Götze bir dəfə fərqlənib ki, bu da DÇ-2014-ün 171-ci və sonuncu qolu olub.  Bununla da DÇ-1998-in rekordu təkrarlanıb.


***


Finalın ən yaxşısı bəlli olub.
FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Almaniya millisinin yarımmüdafiəçisi Mario Götze matçın ən yaxşısı seçilib.
O, görüşdə vurulan yeganə qolun müəllifi olub. Onun qolu sayəsində komandası dünya çempionu adını qazanıb.


***


Ən yaxşıdan söz düşmüşkən, DÇ-2014-ün də ən yaxşı oyunçusu da bəlli olub.
Mudialın gümüş mükafatçısı Argentina millisinin kapitanı Lionel Messi turnirin ən yaxşısı adını qazanıb.
Final oyunundan sonra «Qızıl top» mükafatı Messiyə təqdim olunub.
DÇ-2014-ün bütün oyunlarında meydanda olan hücumçu 4 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


***


Mundialın bombardiri bəlli olub. «El Mundo» bildirir ki, bu, Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodrigesdir. Xames 5 matçda 6 qol vurub. Alman Tomas Mülllerin hesabında 5 qol var. Müller DÇ-2010-da da 5 qol vurmuşdu.


***


DÇ-2014-ün ən yaxşı qapıçısının da adı açıqlanıb. Bu, mundialın qızıl medallarını qazanan Almaniya millisinin qapıçısı Manuel Noyerdir. 
Təcrübəli qapıçı çempionat ərzində qapısından cəmi dörd qol buraxıb.


***


Fransa millisiinin yarımmüdafiəçisi Poul Poqba mundialın ən yaxşı gənc futbolçusu seçilib. Çempionatda bir qol vuran 21 yaşlı futbolçu baxımlı oyunu ilə yadda qalıb.

Bu nominasiyaya digər namizədlər isə Mempis Depay (Hollandiya) və Rafael Varan (Fransa) idi.