vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
09:50 | 26 iyul 2014 | Şənbə Məqaləyə 3929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Evin yıxılsın ərəb!»

«Gül kimi xristianıydıx da...»

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəkidə səfərdə olarkən, şəkili dostlardan xahiş etdim ki, bizi tarixi abidələrlə tanış etsinlər. Kiş məbədi qaldığımız məkana yaxın olduğundan ziyarətə oradan başlamağı qərara aldıq.

Məbədin həyətinə girəndə ilk diqqətimi çəkən abidənin üzərində xaç simvolunun yoxluğu oldu. İçəridə də yox idi. Bələdçi xanım «Bu necə xristian abidəsidir ki, xaç işarəsi yoxdur?» sualımı ağzımda qoydu:

- Müəllim, sizə xaç lazımdır?

Sonra əli ilə kilsənin tavanını göstərdi: «Ha bu dee». Tavanda çox böyük bir xaç işarəsi var idi.

Əlbəttə, mənə xaç lazım deyildi. Bələdçi xanıma da dedim: Ələmin öpülüb nəzir kəlağayı bağlayan, pirlərin həyətində qurbanlıq qoyun kəsərək içalatından və qabırğasından kabab bişirilib «Fanta» içən əhalinin yaşadığı bölgədə doğulub boya-başa çatsam da, bütlərə - ələmə, qara daşa, daş qoça, dəvəyə, lap elə xaça da inananlardan deyiləm. Nəyimə lazımdır xaç? Bələdçi də üzrxahlıq etdi:

- İnciməyin, ölkədə puldan ötrü xristianlığı qəbul edən o qədər adam var ki, elə bildim, onlardansınız. 

Xanım doğru deyirdi. Xeyli adam var ki, xristianlığın müxtəlif məzhəb və cərəyanlarına qoşulub. Hətta xristian gənclərimiz arasında təbliğat da aparırlar ki, əsgərliyə getməsinlər, birdən cəbhə bölgəsinə düşərlər və din qardaşlarına-ermənilərə güllə atmaq məcburiyyətində qalarlar.

Bunlar açıqda olanlardır. Xristianlığı qəbul etmədən də xristian dünyasına xidmət göstərən yüzlərlə insan var. QHT-lərdə, partiyalarda nə qədər desən. Heç kəs məni inandırmağa çalışmasın ki, onlar xristian-Qərb dünyasına yox, demokratiyaya xidmət edirlər. Məsələni dərinləşdirib siyasi analizə getmək istəmirəm. Onsuz da bu mövzuda kifayət qədər diskussiyalar aparılıb. Ancaq yadıma düşən bir hadisəni xatırlamağın yeri var...

2010-cu il sentyabrın 20-də Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birlikdə «Park İnn» otelində İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyaları üçün məlumat sessiyası təşkil etmişdi. Seçkiyə müdaxilələrdən söz açan avropalı məruzəçi –ekspert Azərbaycanda hakimiyyətin seçkilərə müdaxiləsindən danışdı. Ermənistanda çatanda isə bildirdi ki, orada müxalifətin seçkilərə müdaxiləsi olub. Sessiyada iştirak edən Nizami rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqov məruzəçiyə belə bir sual verdi:

- Necə olur ki, 2008-ci ilin martında Ermənistandakı prezident seçkilərinin nəticələrinə etiraz edərək küçələrə çıxan nümayişçilərə əsgərlər atəş açır, 10 nəfər ölür, həbs olunanların çoxu hələ də buraxılmayıb, amma orada hakimiyyətin yox, müxalifətin müdaxiləsindən danışırsınız?

Ekspert dili dolaşa-dolaşa, əlini-qolunu ata-ata nəsə beş-altı rabitəsiz cümlə işlətsə də, suala qaneedici cavab verə bilmədi. ATƏT-in Bakı ofisinin o zamankı rəhbəri Əli Bilgə Cankorelin də zavallı eksperti vəziyyətdən çıxarmaq cəhdi alınmadı. Tahir Budaqov isə suala əsaslandırılmış cavab verilməsini israr edirdi. Ekspert və ofis rəhbərinin pərtliyi açıq-aşkar görünürdü. Hər ikisi sarışın olduğundan qulaqlarındakı qızartı açıq-aydın nəzərə çarpırdı. Avropalı qonaq məruzəni davam etdirə bilmirdi. Pərt olmuşdu....

Ekspertlik bir iş yox idi. Bu siyasət daha yuxarılardan gəlirdi. Ona necə deyirdilər, elə də edirdi. Eynən ATƏT-in Azərbaycandakı müşahidəçi missionerlərinin hərəkətləri başqa formada və məzmunda təkrarlanırdı. 

Amma xristian olsaydıq necə olardı? Əminəm ki, tamam başqa qiymət və dəyərləndirmələrə şahidlik edərdik... 

«Ha bu ərəbin evi yıxılsın, gül kimi xristianıydıx da. Gəlib bizi bədbəxt elədi. Düz demirəmmi, müəllim?». Bunu da Kiş məbədini ziyarət edib çıxandan sonra bir şair dostumuz söylədi. Bəlkə də düz deyirdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)