vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
23:14 | 1 avqust 2014 | Cümə Məqaləyə 2992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Adı atəşkəsdir»

«Bu, müharibədir, əlbəttə, şəhid verilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu - müharibədir. Bu - savaşdır. Hər gün atəşkəs pozulur». Bunu ANS-ə deputat Aqil Abbas deyib. Onun sözlərinə görə, təxminən il yarım bundan öncə də Ağdam-Tərtər ərazisində belə hadisə baş vermişdi.

«Yəni o hadisəni lokal müharibə də adlandırmaq olardı. Həmin vaxt mən bölgədə idim. 4 nəfər bizdən, 28 nəfər isə ermənilərdən həlak olmuşdu. Hətta ermənilər meyitlərini də qoyub qaçmışdılar. Düzdür, bu, ağır bir itkidir. Bir neçə gündə 8 şəhid verdik. Təbii ki, səngərdə olan adam ayıq-sayıq olmalıdır. Bizim əsgərlər onsuz da ayıq-sayıqdır. Orda əməlli-başlı döyüş gedib. Hər iki tərəfdən itkilər olub. İndi ermənilər itkilərin sayını yəqin gizlədirlər, hələ açıqlamırlar. Orda neçə gündür ki, müharibə gedir və kiminsə dediyi kimi, guya bizim əsgərlər sayıq olmayıblar. Bu ifadənin özü yanlışdır. Əlibəylidə artıq neçə gündür ki, dayanmadan atışma gedir. Orada yatmaq da heç mümkün deyil. Bu, müharibədir, əlbəttə, şəhid verilməlidir.

İndi kimsə sosial şəbəkədə yazır ki, ölkədə matəm elan edilməlidir. Bu, mənasız sözdür. Bu savaşdır. Onda müharibə gedən zaman gərək hər gün matəm elan edəsən. Adı atəşkəs olsa da bu, əslində əsl müharibədir» - deyə A.Abbas bildirib. 

Qeyd edək ki, son 3 gün ərzində Azərbaycan ordusu 8 şəhid verib. Şəhid olanlardan 2-si gizir, 6-sı isə əsgərdir. 

Onlar:


Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Abdinov Hüseyn Etibar oğlu

Qazax rayonundan hərbi xidmətə çağırılan gizir 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu

Masallı rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Rəhimov Əli Fətulla oğlu

Xaçmaz rayonundan hərbi xidmətə çağırılan 1996-ci il təvəllüdlü Əlicoşqunov Mustafa Əhmədcan oğlu

Salyan rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Məmmədov Səftər Əlihüseyn oğlu

Quba rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər İbrahimov Elnur Məhyəddin oğlu

Tovuz rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Poladov Vüqar Hidayət oğlu

Ağdam rayonundan hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü gizir Əhmədov Qaryağdı Eldar oğludur.