vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
13:27 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz məcburedici orqan deyilik»

QMİ-dən mətbuata təpki gəldi

Rüfanə GÜNƏŞ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qafqaz Müsəlmanları İdarəsi tənbehedici və məcburedici bir orqan deyil». Bunu Modern.az-a açıqlamasında QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, İdarə Azərbaycanda keçirilən həm toy, həm də yas mərasimləri ilə bağlı hələ 2011-ci ildə xüsusi bəyanat verib: «İdarənin rəsmi mövqeyi açıqdır».

R. Dadaşova deyir ki, Təzə Pir məscidinin mərasim zalının girişində bu məqamlara toxunan yazı asılıb: «Vətəndaşlara yalnız tövsiyə edə bilərik. İnsanlar öz sadəliyi və qənaətcilliyi ilə başqalarına da nümunə olmalıdır. Şeyx Allahşükür Paşazadə də öz çıxışlarında bu məqamı tez-tez vurğulayıb. Təzə Pir məscidində hüzr mərasimi təşkil edən adamlara daim bildirilir ki, çox sadə bir çay süfrəsi təşkil etsinlər».

Xatırladaq ki, dünən Modern.az-da «QMİ-nin ikili standartı: «Ehsan süfrəsinin menyusunu hüzr sahibi müəyyən edir» başlıqlı yazı dərc olunub. Həmin yazı QMİ-də narazılıqla qarşılanıb. Yazının mətnini olduğu kimi yenidən diqqətə çatdırırıq: «İnsanlara deyə bilmərik ki, yas mərasimində onu vermə, bunu vermə. Menyunun tərtibi hüzr sahiblərinin öz seçimidir. İstəyər kabab verər, istəyər plov verər». Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) kompleksin yerləşən hüzr məclislərinin keçirildiyi məkandan bildiriblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yas mərasimlərində məhdudiyyətlərin qoyulmasına bundan artıq şərh verilməyib.

QMİ-nin «Təzəpir» məscid-kompleksində təklif olunan xidmət və qiymətlərlə bağlı mediada yetərincə açıqlamalar olub. Ümumən kompleksdə 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250 nəfərə xidmət göstərilə bilər. Bundan başqa, 300 nəfərlik zal da fəaliyyət göstərir. İddialara görə, bir nəfərə xidmət göstərməyin qiyməti 13-15 manatdan başlayır. Şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edən hüzr sahibləri də bəzən olur. Bu zaman bir nəfərlik stul 20-25 manata gəlib çıxır. Mərasim (13-15 manatlıq menyu üçün) çay süfrəsi açılır. Çay süfrəsinə isə çay, limon, ləbləbi, marmelad və qənd daxildir. Yemək süfrəsinə isə üstü qaralı plov, göyərti, meyvə və s. daxildir.

Ehsan mərasimlərində gündüz saat 14:00-dək qadınlar, o saatdan sonra isə kişilər iştirak edirlər.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası və ayrı-ayrı ruhanilər daim ehsan süfrələrindəki ifratçılıqla bağlı iradlar bildiriblər. Lakin buna nail olmaq mümkün olmayıb. Dini Qurumlarla İŞ üzrə Dövlət Komitəsinin təşəbbüsündən sonra buna nail olub-olunmayacağı isə müəmmalıdır. Çünki ifratçılığa çağırış edən QMİ özü ilk növbəsində öz «siyasətində» düzəlişlər edib cəmiyyətə nümunə olmalıdır.