vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜLƏŞ  
10:08 | 10 sentyabr 2014 | Çərşənbə Məqaləyə 3120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlham Əliyev bizə kömək etdi»

Bakı-2015 Avropa Oyunlarına heç bir olimpiadada iştirak etməmiş idman növü qatılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə ay əvvəl Şanxayda Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsinin toplantısı zamanı Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevdən sevimli idman növünün - sambonun Bakı-2015 Avropa Olimpiya Oyunlarına daxil edilməsini xahiş etdiyini xəbər vermişdik.

Virtualaz.org xatırladır ki, İlham Əliyev bu xahişə dərhal müsbət cavab verib. Nəticədə 1930-cu illərdə sovet ordusu və milisi üçün işlənib hazırlanmış əlbəyaxa döyüş növü artıq Bakı Avropa Olimpiya Oyunlarına daxil edilib.

Sankt-Peterburqda sambo üzrə keçmiş çempion və Beynəlxalq Sambo Federasiyasının fəxri prezidenti olan Putin çoxdandır bu idman növünün iri beynəlxalq idman yarışlarına daxil edilməsinə çalışırdı. Ötən il sambo Kazanda keçirilən yay universiadasına daxil olunmuş və bu idman yarışlarının açılışını Putin etmişdi.

Şanxayda əldə edilən razılaşmanın ardınca Putinin öz dostunu - Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) prezidenti, Rusiya Dövlət Dumasının deputatı Vasili Şestakovu sambonun Bakı-2015 oyunlarına daxil edilməsinin detallarını müzakirə etmək üçün iyunun 4-də Bakıya göndərmişdi.

Vasili Şestakov Putinin yerlisidir, Sank-Peterburq sambo məktəbinin yaradıcılarından biridir və Putinlə bir yerdə məşq edib. Onun başçılıq etdiyi federasiya İsveçrədə yerləşsə də bilavasitə Putin tərəfindən dəstəklənir. Şestakovla Putin yaxın dostdur və onun Rusiya Dövlət Dumasının vitse-spikeri olacağı gözlənilir. Eyni zamanda cüdo üzrə idman ustası olan Şestakov Dövlət Dumasında ikinci «Kreml partiyası»nı - «Ədalətli Rusiya»nı təmsil edir. Gözlənilir ki, o, səfəri zamanı Bakı-2015 oyunlarının təşkilat komitəsi və idman rəsmiləri ilə danışıqlar aparacaq.

Virtualaz.org saytı ilə əməkdaşlıq edən rusiyalı jurnalist Nikolay Dolqopolov Bolqarıstanda keçirilən tədbirlərdən birində V.Şestakovla söhbətləşmək və sambonun Bakı oyunlarına necə daxil edildiyini dəqiqləşdirmək imkanı əldə edib.

 

- Vasili Borisoviç, bu ilin aprelində Bakıda Sizinlə birlikdə beynəlxalq idman jurnalistləri Assosiasiyasının toplantısında iştirak edəndə söhbət bir qədər başqa formada gedirdi. Sambonu proqrama idmanın nümayiş xarakterli forması kimi daxil etmək istəyirdilər. Möhkəm vəd isə heç kim vermirdi.

- Xoşbəxtlikdən çox şey dəyişdi. Bakıda 20 idman növü üzrə medallar oynanılacaq və sambo onlardan biridir. Bizim növ artıq rəsmi proqrama daxil edilib, innovativ idman növü olaraq. Bu haqda FİAS artıq rəsmi məktub alıb. Avropa Olimpiya Komitəsinin qərarı sambonun olimpiya növü kimi tanınması yolunda çox mühüm baryerin aşılması deməkdir.

 

- Gəlin dəqiqləşdirək ki, olimpiya növü kimi tanınması deyəndə nə nəzərdə tutulur?

- Dəqiq müəyyən edilmiş prosedura var. Əvvəlcə olimpiya növü sayılmayan idman növünün bu cür tanınması xahişi ilə müraciət edilir, razılaşma olsa Beynəlxalq Olimpiya Komitəsi onu olimpiya ailəsinə daxil edir. Ancaq bununla belə Olimpiadalarda bu növ üzrə medallar oynanılmaya bilər. Biz elə bu mərhələdəyik.

FİAS BOK-a sənədləri bu yaxınlarda verib. Biz rədd cavanı almamışıq, ancaq bizdən xahiş ediblər ki, bəzi dəqiqləşdirmələr edək. Biz zəruri dəqiqləşdirmələri edib yenidən Lozannaya müraciət etmişik. Ümid edirəm ki, FİAS-ın müraciətinə tezliklə müsbət cavab veriləcək. Bundan sonra sambonun 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya daxil edilməsi məsələsinə baxıla bilər.

 

- Bəs Bakıda keçiriləcək Avropa Oyunları necə? Siz Azərbaycanın bu oyunlara hazırlığını izləyirsiniz?

- Əlbəttə, mən Bakıda oluram. Və prezident İlham Əliyevin bu oyunlara ayırdığı xüsusi diqqət istisnasız olaraq xoşdur. Bakının Oyunlara hazırlaşmaq üçün çox az vaxtı olub. Lakin işlərin qrafiki elə tərtib edilib ki, heç bir geri qalma gözlənilmir. Azərbaycanın əhval-ruhiyyəsi ciddidir. Bizim samboçular da digər idmançılar kimi əla şərtlərdə yarışacaqlar.