vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
13:49 | 19 noyabr 2014 | Çərşənbə Məqaləyə 2850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalan, yoxsa xəyanət?

Rövnəq Abdullayev prezidenti və xalqı aldadıb

Komanda.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan millisi 2015-ci ilə Avropanın sonuncusu kimi qədəm qoyur. Avropa çempionatının seçmə mərhələsində bütün qitədə xal qazanmayan cəmi üç komanda var - Azərbaycan, Andorra və Cəbəllütariq. 2015-ci il Azərbaycan üçün olduqca önəmli ildir. Həm idman, həm də siyasi baxımdan önəmli il. 2015-ci ildə Bakıda 1-ci Avropa oyunları keçiriləcək. 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Dövlət Proqramının icra müddəti də başa çatır. 10 illik proqramın. Futbolun inkişafını təmin etməli olan Dövlət Proqramının. 2015-ci ilə - proqramın icra müddətinin başa çatdığı ilə Azərbaycan millisi Avropa sonuncusu kimi qədəm qoyur.

Deməli, bu proqram icra olunmayıb. Mümkün deyil, proqram çərçivəsində ən azı 30 faiz iş görülsəydi, Azərbaycan sonuncu olmazdı Avropada. Görülməyib. Görülməyibsə, deməli, cənab Prezident aldadılıb. Əslində, bunun izahı «aldadılıb« yox, «xəyanətdir». Prezidentə xəyanət, Azərbaycana xəyanət.

2015-ci ilə Azərbaycan Premyer Liqası cəmisi 9 komanda ilə qədəm qoyur. Bir tərəfdən deyilir ki, ölkədə böyük iqtisadi inkişaf var, digər tərəfdən isə Azərbaycan çempionatında oynamağa komanda tapılmır. «Araz Naxçıvan»ın maliyyə durumuna görə çempionatı tərk etdiyini iddia etmək absurd olardı. Deməli, ortada başqa səbəblər var. Səbəblər var ki, hətta hakimiyyətin yuxarı dairələrində söz sahibi olan şəxslər belə futbola yatırım qoymaqdan imtina edirlər. Belə situasiyanı yaradan şəxslər sözsüz ki, Azərbaycan futbolunun içindədi, onlar AFFA-da oturublar.

Bəs kimdir onlar?

AFFA prezidenti Rövnəq Abdullayev 7 ildi ki, Azərbaycan futboluna rəhbərlik edir. İnandığı, güvəndiyi komanda ilə. Dövlət Proqramının icra müddətində Azərbaycan futboluna demək olar ki, Rövnəq Abdullayev rəhbərlik edib. Berti Foqtsun 7 illik milli sərgüzəşti də məhz Rövnəq Abdullayevin və onun komandasının təşəbbüsü ilə gerçəkləşib. 

Berti Foqts Azərbaycandan gedib. Ancaq 7 illik biabırçılığa görə kimsə cavab vermək istəmir. İndi Rövnəq Abdullayevin komandasında olanlar günahı bir-birinin üzərinə atır. AFFA prezidentinə yaxın şəxslər bütün günahı Abdullayevin iki vəzifədə «sağdış»ı olan Elşad Nəsirovda görürlər. Həm ARDNŞ-də, həm də AFFA-da vitse-prezident vəzifəsini tutan bu şəxsin AFFA-nın baş katibi Elxan Məmmədovla birləşərək Rövnəq Abdullayevə badalaq vurduğu bildirilir.

Öz növbəsində Elxan Məmmədov da Foqts dönəminə görə Rövnəq Abdullayevi günahlandırır. Baş katib mətbuata verdiyi açıqlamada açıq şəkildə bildirib ki, millinin baş məşqçi postuna namizədləri AFFA-nın İcraiyyə Komitəsinin üzvləri irəli sürür və təsdiq edir. İcraiyyə Komitəsi isə demək olar ki, Rövnəq Abdullayevin adamlarından formalaşıb. Elxan Məmmədov bu məsələni qabartmaqla «deyək ki, namizədi biz vermişik, bəs nədən Rövnəq Abdullayevin adamları onu yekdilliklə baş məşqçi postuna təsdiqləyirdilər» sualını vermiş olub. Haqlı da sualdı. Elə bütün Azərbaycan Berti Foqtsdan dad edən zaman Rövnəq Abdullayev «mən Foqtsun işindən razıyam» deməklə, Azərbaycana dağ çəkmirdimi?

Deməli, bü gün də hesabatı Berti Foqtsun işindən razı olan adam - AFFA prezidenti verməlidir. Komandası ilə birgə. Bu, elə-belə hesabat deyil. Bu, prezidentə, Azərbaycana qarşı xəyanətin hesabatıdır.

Bu xəyanətin hesabatını verəcək şəxslər isə bunlardır: 

Rövnəq Abdullayev - AFFA prezidenti 

Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü 

Rauf Əliyev - AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü 

Elxan Məmmədov - AFFA-nın baş katibi. 

Hafiz Məmmədov - İcraiyyə Komitəsinin üzvü 

Kazbek Tuayev - İcraiyyə Komitəsinin üzvü

Cahangir Hacıyev - İcraiyyə Komitəsinin üzvü

İskəndər Cavadov - İcraiyyə Komitəsinin üzvü

Mahir Məmmədov - İcraiyyə Komitəsinin üzvü

Mirkamil Rəhimov - İcraiyyə Komitəsinin üzvü

Elmar Qasımov - İcraiyyə Komitəsinin üzvü.