vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
PARTİYALAR  
11:38 | 3 dekabr 2014 | Çərşənbə Məqaləyə 3404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müsavat rəsmən parçalandı

Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat partiyasının üzvü Qubad İbadoğlunun yaratdığı qurumun adı bəlli olub. AzNews.az xəbər verir ki, Qubad İbadoğlu bu haqda mediaya verdiyi müsahibə deyib.

Onun sözlərinə görə, yaradılan qurumun adı «Azərbaycan Demokratiya və Rifah» hərəkatıdır.

«İctimai hərəkatda Müsavatdan gedənlər yenidən toplanmaq qərarına gəlib. Bu hərəkatın Müsavatla bağlılığı yoxdur. Əsasən ziyalılar və gənclərdən ibarət qurum olacaq», - deyə Qubad İbadoğlu əlavə edib.

Müsavat partiyasından çıxarılan Səxavət Əlisoy AzNews.az-a açıqlamasında bildirib ki, yeni hərəkatla bağlı bu gün bəyanat yayılacaq.

«Azərbaycan Demokratiya və Rifah» hərəkatında siz də təmsil olunacaqsınızmı?» sualına S.Əlisoy belə cavab verib: «Təkbaşına hərəkat yaradılmır. Bu hərəkatın qapıları populizmdən uzaq gənclərin, ziyalıların, istefa verən partiya üzvlərinin, partiyadan uzaqlaşdırılan şəxslərin, istefa barədə düşünənlərin üzünə açıq olacaq».

Müsavat partiyasının Qadınlar Şurasının üzvü Ellada Məmmədli də «Azərbaycan Demokratiya və Rifah» hərəkatının təşəbbüs qrupunun üzvü olduğunu vurğulayıb.