vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
14:56 | 19 dekabr 2014 | Cümə Məqaləyə 3347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

65 saylı marşrutun sərnişinlərinə şad xəbər

Kondisionerli avtobuslar sabahdan istifadəyə veriləcək

Anar KƏLBİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakıya gətirilən avtobuslar bu ayın 20-dən sonra istifadəyə veriləcək». Bunu AzVision.az-a açıqlamasında «Xaliq Faiqoğlu» MMC-nin sözçüsü Füzuli Sadıqov deyib. Onun sözlərinə görə, yeni avtobuslar 65 saylı marşurut xətti üzrə istifadəyə veriləcək.

«Bizim şirkətlə işləyən sürücülər bu avtobusu idarə edəcək. Avtobuslar istifadəyə verilməyə tam hazırdı».

Xatırladaq ki, adıçəkilən şirkətin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib. Qalan hissəsi gələn ildən ölkəmizə gətiriləcək. Yeni avtobusların bir çox özəllikləri var. Yeni avtobuslarda kondisoner sistemi, əlil sərnişinlərin qalxıb-enməsi üçün ayrıca yer və avtobusun özünü tənzimləməsi kimi üstünlükləri var. İndi bəzi avtobuslarda sərnişinlərin qapıdan asılaraq getdiyinin şahidi oluruq. Yeni avtobuslarda belə bir hal mümkün deyil. Əgər qapılar bağlanmasa, avtobus hərəkət etmir. Onun daxilində kameralar mövcuddur. Həmçinin yeni avtobuslar ekoloji cəhətdən bir çox üstünlüklərə malikdir. Yanacağın yanması zamanı havaya artıq qazlar buraxılmır.