vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
12:40 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2381 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ramiz Mehdiyev demişdi ki...»

«Nezavisimaya qazeta» müxalifətin miflərindən yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün - dekabrın 23-də «Nezavisimaya qazeta» Rusiyanın Maliyyə Universitetinin birinci prorektoru Konstantin Simonovun prezident Vladimir Putinin keçirdiyi geniş mətbuat konfransında verilmiş mesajlara dair «Kart-blanş: müxalifət haqda üç mif» başlıqlı məqaləsini dərc edib.

Virtualaz.org saytı xəbər verir ki, müəllif Putinin mətbuat konfransının, ondan əvvəl isə xalqa müraciətinin əsasən iqtisadiyyata həsr olunduğunu xatırladır.

K.Simonovun fikrincə, məhz iqtisadiyyatda yeni həll yolları və ideyalar lazımdır. Siyasi sistem isə sabitliyini artıq sübut edib. Deməli, siyasi sistemdə hansısa yenidənqurmaya ehtiyac yoxdur.

K.Simonovun qənaətinə görə, Rusiya müxalifətində üç mif yaranıb. Birinci mif odur ki, müxalifət hakimiyyətin onun ayağı altına qırmızı xalça sərib duz-çörəklə qarşılayacağına əmindir. Lakin heç bir ölkədə belə olmur, siyasi mübarizə hər yerdə var. Və hakimiyyətin vəzifəsi heç də o demək deyil ki, müxalifətin qələbəsini təminat altına alsın.

«Müxalifət demokratiyanın ancaq bir kriteriyasını görür: sistem yalnız o zaman demokratik olar ki, seçkilərdə həmişə müxalifət qalib gəlir. Lakin bu, axmaqlıqdır. Belə olarsa, o deməkdir ki, hipotetik ölkədə hakimiyyət daim xalqı qəzəbləndirir və xalq onu dəyişmək arzusu ilə alışıb-yanır. Belə dövlət isə daimi siyasi böhran içində yaşamağa məhkumdur, hansı ki, gec-tez bu böhran dövləti dağıdacaq» - deyə K.Simonov yazır.

Müəllifin fikrincə, əgər belə yanaşmadan çıxış etsək, o zaman ABŞ tamamilə qeyri-demokratik ölkədir. Çünki seçkilərdə qalib gələn prezident həmişə ikinci seçkiləri də udur - nadir hallarda istisna ola bilər.

«Doğrudur, müxalifət israr edir ki, seçkilərdə yalnız o, yüksək nəticə göstərsə, Qərb seçkiləri demokratik sayacaq. Bu zaman Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dediklərini xatırlamaq lazım gəlir. O demişdi ki, 2013-cü il prezident seçkiləri zamanı ABŞ nəticələri banal şəkildə saxtalaşdırıb müxalifətin namizədinə 25 faiz səs yazmağı təklif etmişdi, vəd etmişdi ki, bu halda seçkilərin nəticələrini demokratik hesab edəcək. Aydındır ki, xarici aləmin tanıması amili Rusiya seçkilərinə dair qərar qəbul edilməsində əsas olmayacaq. Heç kim Qərbə seçkilərin legitimliyini sübut etmək üçün müxalifətə süni qələbə verməli deyil. Xüsusən ona görə ki, legitimlik müxalifətin qələbəsi ilə deyil, ədalətli rəqabətlə ölçülür» - deyə müəllif yazır.

Məqalədə deyilir ki, Rusiya müxalifəti üçün ikinci mif birbaşa Kremlə «tullanmaq», yəni federal seçkiləri udmaqdır. Regional seçkilər isə müxalifət tərəfindən sanballı hesab edilmir. Üçüncü mif isə müxalifətin silahıdır. Müxalif siyasətçilər əmindir ki, əsl müxalifətçi küçələrdə at oynatmalı, hakimiyyətlə toqquşmalara getməli, «avtozak»ların daimi qonağı olmalıdır. Bu isə heç də ən yaxşı yol deyil. İstənilən siyasi sistemlərdə inqilabçılarla mübarizə edirlər. Və hər yerdə onları xərçəng şişi kimi kəsib atmağa çalışırlar. Rusiya Ukrayna deyil və burada küçə ssenariləri baş tutmaz.

«Əlbəttə, hakimiyyət küçə qiyamçıları ilə və qeyri-sistem fəallığının digər formaları ilə mübarizə edəcək. Əgər müxalifət bundan sonra da yaratdığı miflərin əsiri olaraq qalsa, onu heç bir siyasi uğur gözləmir» - deyə K.Simonov yazır.