vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
14:35 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 2751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BP və SOCAR bölüşdürdü

Yeni sazişdəki paylar məlum oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, dünən BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünən axşam Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.

Ancaq mətbuat üçün şirkətlərin açıqladığı birgə press-relizdə bu Sazişdə pay bölgüsünə dair heç bir məlumat yox di.

Caspian Barrel-in eksklüziv olaraq SOCAR-ın Sərmayələr İdarəsindən əldə etdiyi məlumata görə, sazişdə SOCAR və BP eyni payla təmsil olunublar – hərəyə 50 faiz.

Qeyd edək ki, bu, hazırda BP-nin Xəzərdə kəşfiyyatla bağlı ikinci HPB layihəsidir. Bundan əvvəl «Şəfəq» və «Asiman» strukturları ilə bağlı saziş imzalanmışdı.