vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
22:58 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 1355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qiymət qalxmayacaq!»

Tarif Şurasından Ziya Məmmədova cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarif Şurasında ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə baxılmır. Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-nın sorğusuna cavab olaraq deyib.

A.Əliyev bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacağını deyib.

Ə.Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: «Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq».

Qeyd edək ki, bu gün gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.

Artıq 25 ədəd Türkiyə istehsalı olan «İsuzu» markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan «Azneft» meydanı istiqamətində) hərəkət edirlər. Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.