vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
16:25 | 5 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 2223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergi qaydaları dəyişdi

Hansı mənzillərə görə pul ödənilməyəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq.

Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanimzləri nəzərdə tutulub. Belə ki, mənzilin sahəsi 30 kv.m-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq. Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək. Belə ki, 30 kvadratmetrdən artıq hər kv.m. üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).

Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər kv.m. üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək. Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq. Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə oqranlarına (bələdiyyələrə) veriləcək.