vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
16:47 | 5 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 3350 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər gün 5 milyon

Əhali pulunu daşınmaz əmlaka yatırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda daşınmaz əmlaka yatırım çoxalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabatda bildirilir. AMB-nin məlumatlarına görə, bu ilin 11 ayında daşınmaz əmlakın alınmasına və tikintisinə ayrılan kreditlər 271 milyon manat artıb.

Nəticədə dekabrın 1-ə bu sahəyə ayrılan kreditlərin həcmi 1 milyard 162 milyon manata çatıb. Son aylar isə bu proseslər daha da sürətlənib. Belə ki, təkcə noyabr ayında daşınmaz əmlakın tikintisinə və alınmasına 124 milyon manat xərclənib. Bu hesabla noyabrın hər günündə əmlak bazarına bu və ya digər formada 4 milyon manatdan (5 milyon dollardan) artıq vəsait yatırılıb.

Müqayisə üçün bildirək ki, noyabr ayında ölkədə verilən istehlak kreditlərinin həcmi cəmi 144 milyon manat təşkil edib. Bu hesabla həmin dövrdə verilən istehlak kreditlərinin 86 faizi məhz əmlak bazarına yönəldilib.