vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SOSİAL  
13:33 | 10 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 1766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müddət daha bir il uzadıldı

Ünvanlı dövlət sosial yardımı alanlara müjdə

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda ünvanlı dövlət sosial yardımının müddətinin 1 ildən 2 ilə qədər uzadılması təklif edilir.

«Trend»in məlumatına görə, bu məsələ Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən «Ünvanlı dövlət sosial yardımı haqqında» qanuna dəyişikliklərdə öz əksini tapıb.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, təklif olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində «1 il» sözləri «2 il» sözləri ilə əvəz olunacaq: «Burada da əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar».

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.