vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
XADİM  
15:28 | 11 fevral 2015 | Çərşənbə Məqaləyə 1866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlham Əliyev bunu tənqid edib»

Məlahət İbrahimqızı: «Küçə səviyyəsində siyasət yürüdə bilməyənlər, prezidentin çıxışına münasibət bildirməməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İlham Əliyevin çıxışı nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də qardaş Türkiyənin, ayrı-ayrı ölkələrin mətbuatında gündəm mövzusuna çevrildi». Modern.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı prezident İlham Əliyevin «51-ci Münhen təhlükəsizlik konfransı» çərçivəsindəki çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, prezident bu çıxışında bir daha özünün zəngin siyasəti, siyasi təcrübəsi və mükəmməl diplomatiyası deyil, həm də onun çox yüksək səviyyəli, cəsur dövlət başçısı imicini sərgiləyib: «Münhendə olan çıxışı da bundan əvvəlki çıxışlarının məntiqi davamı idi. Regional siyasətdə, istər Cənubi Qafqazda gedən proseslər, istər Ukraynada, Rusiya münasibətlərində, Avropa Birliyi, Rusiya, eləcə də Avropa, NATO, Azərbaycan-Avropa Birliyi münasibətlərində, əməkdaşlığında, Ermənistanın işğalçı siyasətinə qarşı dünya türklərinin münasibətində, bütün məsələlərə möhtərəm prezidentimiz çox yüksək səviyyədə cavab verib. Prezident dəfələrlə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin tənqid edib və bildirib ki, ATƏT-in Minsk qrupunun sədrləri Qarabağ münaqişəsinin həllində, Azərbaycan torpaqlarının geri qaytarılmasında heç bir iş görmürlər. İlham Əliyev çıxışının ayrı-ayrı məqamlarında bunu tənqid edib, ikili standartların mövcudluğunu, Azərbaycana qarşı Azərbaycanla Ermənistanın bərabər səviyyədə, bərabər tərəf kimi oturulmasında, Ermənistanın işğalçılıq siyasətinə göz yumulmasında əksinə, acınacaqlı durumda olan Ermənistana bu 3 ATƏT-in Minsk qrupuna daxil olan Rusiya, Fransa və Amerikanın necə dəstəkləməsini vurğulayıb. Hər kəsə məlumdur ki, Ermənistan beynəlxalq sənədlərdə işğalçı kimi tanınır. Artıq Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var. Ancaq buna baxmayaraq, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr Ermənistana təzyiq etməkdən, bu beynəlxalq sənədlərdəki öhdəliklərini yerinə yetirmək əvəzinə, buna dəstək verirlər. Cənubi Qafqazda sülhün, sabitliyin, inkişafın, əməkdaşlığın yaranmasında, hətta Azərbaycanın Ermənistanla, Qarabağda yaşayan ermənilər taleyi ilə bağlı Azərbaycan dövlətinin xoşməramlı proqramlarını prezidentimiz açıqlayıb və bildirib ki, nə qədər Ermənistanın işğalçı siyasətinə adekvat cavab verilməyəcək, regionda təhlükəsizlik sual altında olacaq». 

M.İbrahimqızı onu da vurğulayıb ki, bu gün Azərbaycanı sevməyən, ölkəmizin güclənməsini istəməyən, eləcə də Azərbaycanın xaricində və daxilində olan qüvvələr prezidentin paneldəki mükəmməl çıxışına düzgün qiymət vermirlər.

«Azərbaycanda elə müxalifət təmsilçiləri var ki, onlar heç küçə səviyyəsində siyasət həyata keçirə bilmirlər. Kənd səviyyəsində siyasət qura bilməyən insanlar qlobal siyasətdən danışa bilməz. Bu hər kəsə məlumdur. Prezidentimiz dünyada gedən prosesləri, dünyanın siyasi xəritəsinin bugünkü çağdaş 21-ci əsr insanının gözünün qabağında yenidən dəyişdirilməsini dəyərləndirən insandır. Cənubi Qafqazda xarici siyasətin, regional əməkdaşlığın nə qədər çətin olduğunu hər kəs bilir. Ancaq bu çətinliklərin sonunda prezidentimiz ən yüksək səviyyədə, qətiyyətlə siyasət həyata keçirir. Hesab edirəm ki, prezidentimizin Münhendəki çıxışı zirvə çıxışı idi. Hər bir azərbaycanlı vətəndaşının ürəyincə olan bir çıxış idi. Amma müəyyən qüvvələr var ki, bu çıxışa mənfi münasibət bildiriblər. Hesab edirəm ki, bunların heç bir əsası yoxdur. Ona görə də yaxşısı budur ki, getsinlər dünya siyasətindəki prosesləri yaxşı-yaxşı oxusunlar. Bu fikirlər təxribat xarakterlidir. Ona görə biz belə fikirlərə qarşı etirazımızı bildirməliyik və cəmiyyətdə bu fikirləri səsləndirən insanlara başa salmalıyıq ki, onların bu cür düşüncələri Azərbaycanın, Qarabağın həllinə heç vaxt dəstək ola bilməz».