vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
17:20 | 11 fevral 2015 | Çərşənbə Məqaləyə 4395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rüstəmxanlı ailəsində dəhşətli faciə

Şahbaz Xuduoğlunun həyat yoldaşı və Tənzilə Rüstəmxanlının bacısı qəzada həyatını itirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Şahbaz Xuduoğlu həyat yoldaşı ilə qəzaya düşüb. APA xəbər verir ki, qəzada Ş.Xuduoğlunun həyat yoldaşı və Tənzilə Rüstəmxanlının isə bacısı Könül Rüstəmxanlı dünyasını dəyişib.

Qeyd edək ki, Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.

«Toyota Prado» markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Qəzaya uğrayan avtomobildə 5 nəfər əyləşibmiş. Maşında sürücüdən başqa Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.
Digər avtomobildə əyləşən millət vəkili Sabir Rüstəmxanlı isə qardaşı ilə bərabər əmilərinin yas mərasimindən qayıdırmış.

Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, iki qardaş Sabir və Şahbaz Rüstəmxanlılar həm də bacanaqdırlar. Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı «Qanun» Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun həyat yoldaşı və Sabir Rüstəmxanlının xanımı, Azərbaycan-türk qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısıdır. Qəzada yaralanan İlahə Əliyeva isə Rüstəmxanlı qardaşlarının bacısıdır. 

Allah rəhmət eləsin!