vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:53 | 30 mart 2015 | Bazar ertəsi Məqaləyə 2419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Lvova desant göndərir

Soros isə Ukraynaya 1 milyard dollar vəd edir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Ukraynaya görə müharibəni Rusiyaya uduzmaq istəmir və Kiyevə birbaşa hərbi yardıma başlayır. Virtualaz.org saytı xəbər verir ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov aprelin 20-də 290 Amerika desantçısının Lvova enəcəyini açıqlayıb.

Desantçılar Ukrayna ordusunun nizami hissələrinin və Milli Qvardiyanın döyüşçülərinə təlim keçəcək.

«ABŞ Dövlət Departamenti ilə razılaşmaya əsasən Birləşmiş Ştatlar ordusunun 173-cü hava-desant briqadasının desantçıları Yavorovsk poliqonunda Milli Qvardiyanın döyüş bölmələrinə təlim keçməyə başlayacaq» - deyə Avakov facebook səhifəsində yazıb.

Təlimlərdə Ukrayna Milli Qvardiyasının 900 döyüşçüsü, habelə könüllülərdən ibarət batalyonlar iştirak edəcək. Təlimlər hər biri səkkiz həftədən ibarət olmaqla üç mərhələdə keçiriləcək. Bu isə o deməkdir ki, Amerika desantçıları Ukraynada ən azı yarım il qalacaqlar. Təlimlər başa çatandan sonra amerikalılar xüsusi amunisiyaları və rabitə vasitələrini ukraynalılara verəcəklər.

ABŞ desantçılarının Ukraynaya gəlişinə Rusiyadan hələlik reaksiya yoxdur. Bundan əvvəl Britaniyanın xüsusi təyinatlıları Ukrayna ordusunun hissələrinə təlim keçməyə başlamışdı və rəsmi Moskva bunu pisləmişdi.