vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:52 | 3 aprel 2015 | Cümə Məqaləyə 2103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Atları keçidlərdə dəyişmirlər»

Elman Rüstəmov daha beş il ölkənin bank sisteminə rəhbərlik edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkənin tanınmış iqtisadçısı Samir Əliyev ona ünvanlanan jurnalist müraciətlərini nəzərə alaraq Elman Rüstəmovun növbəti beş ildə Azərbaycan Mərkəzi Bankına rəhbərlik edəcəyi ilə bağlı mövqeyini açıqlayıb.

«Elman Rüstəmov ölkənin bank sisteminin sükanını növbəti dəfə əlində saxlamağa müvəffəq oldu. Gözlənilməz hadisələr baş verməsə, o, daha 5 il ölkənin bank sektoruna rəhbərik edəcək. Ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir.

Yenidən təyinat gözlənilən idimi? Bəli. Çünki indiki həssas məqamda Elman Rüstəmovun postunu tərk etməsi riskli idi. Məşhur deyim var: Atları keçidlərdə dəyişmirlər. Mövcud bank sistemini Elman Rüstəmov qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi.

Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib. Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunasına nail olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Bankların isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı.

Köhnə-yeni sədrin fəaliyyətinin müsbət və mənfi tərəfləri barədə kifayət qədər danışmaq olar. Ancaq bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın mövcud bank sistemi ölkə iqtisadiyyatına adekvatdır. Mövcud iqtisadi paradiqmada bundan yaxşı bank sistemi qurmaq çətin görünür. O da aydındır ki, bank sektorunu uzun müddət indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Zəruri addımlar atılmasa böhranın olması qaçılmazdır.

Növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək. Çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təzyiqi gözləyir.