vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
16:10 | 7 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 2245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər faşistləri qəhrəmanlaşdırdı

Rusiyada etirazlara başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya cəmiyyəti və mətbuatında rəsmi İrəvanın Hitlerin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı etiraz getdikcə daha da sərtləşir. Bu ölkənin «Versiya» qəzetindən sonra nüfuzlu «İnterfaks» agentliyi də Ermənistanın bu cəhdlərini pisləyən məqalə ilə çıxış edib.

Agentliyin bu məqaləni ana xəbər lentində yayması Rusiyada ermənilərin bu əməllərinin törətdiyi təhlükəyə böyük əhəmiyyət verildiyini göstərir. Üstəlik artıq etiraz səsini rus jurnalistlərlə yanaşı, veteranlar da qaldırır. Qonşu ölkədə xüsusi nüfuzu ilə seçilən Silahlı Qüvvələrin Ehtiyatda olan Zabit Birlikləri Assosiasiyasının sədri, general-mayor Vladimir Boqatıryov «İnterfax» agentliyinə müsahibəsində Ermənistanda faşistlərin əlaltılarının «milli qəhrəman» kimi qələmə verilməsindən hiddətləndiklərini deyib. «Qələbənin 70 illiyi ərəfəsində Ermənistanda faşistlərin əlaltılarının tərifinin göylərə qaldırılması, onları kommunizmə qarşı «ideya mübarizləri» kimi təqdim etmə səyləri bizdə qəzəb doğurub. Bu, tarixi həqiqətin kobud şəkildə təhrif edilməsidir» - deyə V. Boqatıryov bildirib.

O qeyd edib ki, söhbət, xüsusilə müharibə illərində vermaxt tərkibində fəaliyyət göstərən, «Erməni legionu»nun təşkilatçısı, daha çox Qaregin Njde kimi tanınan Qaregin Ter-Arutyunyan və onun yaxın tərəfdaşı, general Dro ləqəbli Drastamat Kanayan, o cümlədən faşistlərin digər əlaltılarının təmizə çıxarılması cəhdlərindən gedir. «KİV-də məlumat verildiyi kimi, həmin könüllü «Erməni legionu»nun tarixi Yevpatoriya, Aluşta, Kerç və Krımın digər rayonlarında cəza əməliyyatları ilə yaxşı tanınır», - deyə V.Boqatıryov bildirib. O xatırladıb ki, arxivlərin məlumatına görə, faşistlərin əlbiri olan Njde Hərbi Məhkəmənin hökmü ilə 25 illik həbs cəzasına məhkum olunub və 1955-ci ildə Vladimir həbsxanasında vəfat edib. Onun yaxın tərəfdaşı, genaral Dro isə cəzadan qurtula bilib və ABŞ-da gizlənib, elə orada da vəfat edib. «Ermənistanda millətçilik, faşistlərin əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərinin meydana gəlməsi Rusiyanın müharibə və Silahlı Qüvvələr veteranlarına ikiqat pis təsir edir. Halbuki erməni xalqı da Sovet İttifaqının digər xalqları ilə çiyin-çiyinə faşizmlə mübarizə aparıb, Avropanın azadlıq və müstəqilliyini müdafiə edib», - deyə V.Boqatıryov vurğulayıb.

Onun sözlərinə görə, nasistlərlə əməkdaşlıq etmiş general Dro və Njdeyə bəraət qazandırma, onlara «milli qəhrəman» statusunun verilməsi yalnız millətçi təşkilatlar tərəfindən həyata keçirilməməsi xüsusilə narahatlıq doğurur. «İş o yerə çatıb ki, erməni diasporunun kiçik hissəsinin «fəalları» Rusiya ərazisində bu əlaltılara açıq şəkildə bəraət qazandırmağa cəhd edirlər. Xüsusilə Njdenin dəfn olunduğu keçmiş Vladimir həbsxanasının qəbiristanlığına «həmyerlilərin» mütəmadi ziyarətləri təşkil olunur, hətta burada bu «erməni qəhrəman»ın şərəfinə abidənin ucaldılması məsələsi qaldırılır», - deyə V.Boqatıryov bildirib.

O məlumat verib ki, müharibə veteranları Ermənistanda ayrı-ayrı siyasi qüvvələr tərəfindən faşistlərin əlaltılarının təriflənməsinə dair bu və digər faktlar haqqında Rusiya prezidentinə məktub ünvanlayıblar. Onlar məktubda tarixi həqiqətin təhrif olunmasından hiddətlərini ifadə ediblər. «Bu gün dünyada yaranmış vəziyyət neonasizmin kəskin şəkildə gərginləşməsinə, Böyük Vətən müharibəsinin tarixinin kobud surətdə saxtalaşdırılmasına dəlalət edir. Ermənistanda ekstremist qüvvələr tərəfindən faşistlərə açıq şəkildə bəraət qazandırılması bunu sübut edir. Rusiya Federasiyası Silahlı Qüvvələri və müharibə veteranları milliyyətindən asılı olmayaraq faşistlərin və onların əlaltılarınının təmizə çıxarılması ilə bağlı istənilən cəhdlərə qarşı çıxış edirlər» - deyə V.Boqatıryov söyləyib.

Daha əvvəl MDB-yə üzv dövlətlərin müdafiə nazirləri Şurasınınkatibi, general-leytenant Aleksandr Sinayski sovet xalqının faşizm üzərində Qələbəsinin 70 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki konfransda bəyan edib ki, Şərqi Avropanın bir sıra ölkələrində və postsovet respublikalarında müxtəlif növ «mərkəzlər» və «tədqiqat institutları» yaradılır ki, onlar daBöyük Vətən müharibəsi hadisələri haqqında yalanları ictimai şüura yeridirlər. «Baltikyanı ölkələrdə, Moldova, Ukraynada avropalı hamilərin təsiri altında müasir rəsmi ideologiya qələbənin mühüm amillərindən biri kimi sovet xalqlarının vahid birliyinin mövcud olması faktını yaddaşlardan silməyə çalışır, SSRİ-nin bütün vətəndaşlarının nasist təcavüzkarla birgə mübarizəsini inkar edir», - deyə A.Sinayski bildirib.

O vurğulayıb ki, Şərqi Avropanın bir sıra ölkələrində və postsovet respublikalarında Estoniya prezidenti yanında Tarixçilər Komissiyası,«Litva sakinlərinin Soyqırımı və Müqavimət hərəkatını Araşdırmalar Mərkəzi», Polşa Milli Yaddaş İnstitutu, Lvovun «Azadlıq hərəkatının tədqiqi Mərkəzi» və çoxsaylı «işğal muzeyləri» kimi ixtisaslaşmış «tədqiqat strukturları» yaradılır. «Satqınlar və nasistlərin əlbirləri dövlət səviyyəsində əsl milli qəhrəmanlar kimi təqdim olunurlar. Ukrayna Üsyançı Ordusunun, Latviya könüllü legionunun nümayəndələrinin qəhrəmanlaşdırılmasını nümunə gətirmək kifayətdir. Elə Rusiyanın özündə də, misal üçün, vlasovçulara bəraət qazandırmaq imkanlarına dair müzakirələr indiyədək bitmir» - deyə general vurğulayıb. A.Sinayski deyib ki, bu gün məlum tarixi hadisələrin saxtalaşdırılması ilə üzləşən bütün postsovet məkanı geosiyasi qarşıdurma meydanına çevrilib.