vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
15:10 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 1251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsil Nazirliyindən xəbərdarlıq

«Heç bir şirkətlə əməkdaşlıq etmirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsil Nazirliyi xarici şirkətlərə xəbərdarlıq edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Təhsil Nazirliyini mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, yay ayları ərzində, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na müsabiqə vaxtı daha da intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Nazirlik vətəndaşlara bildirir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə («Qaynar xətt» xidməti: 146 - 1) məlumat versinlər.

Bunlarla yanaşı bildiririk ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir.

Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir.