vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
20:37 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmtahan sessiyası mayın 31-də bitir

Nazir əmr verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

15.04.15 - Nazir əmr verdi...

2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası mayın 11-dən başlayacaq və mayın 31-də sona çatacaq.

Təhsil Nazirliyi bildirir ki, bu, təhsil naziri Mikayıl Cabbarovun «İmtahan sessiyasının təşkili və keçirilməsi barədə» imzaladığı əmrdə qeyd edilib.

Nazir ali təhsil müəssisələrində 2014-2015-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ali təhsil müəssisələrinin rəhbərlərinə bəzi tapşırıqlar da verıb.

Əmrə əsasən, rektorlar imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratmalıdırlar. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Əmrdə xatırladılıb ki, rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

Əmrdə nazirliyin müvafıq məsul şəxslərinə imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırmağı və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlamağı da tapşırıb.