vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
22:52 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 1125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamenti «erməni soyqırımı»nı tanıdı

Qərar Türkiyədə bomba effekti verib; sərt və kəskin təpkilər var

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə «erməni soyqırımı» günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib.

BBC xəbər verir ki, parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb: «Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu, bir soyqırımdır».

Avropa Xalqları Partiyasının (European People's Party) rumıniyalı deputatı Preda Cristian Dan da çıxışında Türkiyənin «soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın» təmin olunması üçün vacib olduğunu deyib. 

Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: «Bu, türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyil. Sadəcə tarixi doğru tanımağa yönəlik addımdır».

İclasda söz alan portuqaliyalı xristian-demokrat Paulo Rangel prezident Rəcəb Tayyib Ərdoğanın Roma papası Fransisk haqqında dediklərini də tənqid edib: "Papaya xaç atası kimi müraciət edə bilməzsiniz".

Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qala demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar.