vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
12:47 | 20 aprel 2015 | Bazar ertəsi Məqaləyə 1533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Birləşməliyik...»

NATO-da Rusiya xofu

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO üzvü olan ölkələr Rusiya təhdidi qarşısında birləşməlidir. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Britaniyanın «The Telegraph» qəzetinə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general Ben Hodjes bildirib.

General deyib ki, alyansla Kreml arasında münasibətlərin gərgin olmasına baxmayaraq söhbət hələlik Rusiyanın birbaşa hərbi müdaxilə təhlükəsindən və ya yeni «soyuq müharibədən» getmir.

«Bu, uydurma deyil. Rusiya təhdididir. Siz Rusiya səfirinin Danimarkanı raketdən müdafiə proqramına qoşulacaqları halda nüvə silahı ilə necə hədələdiyini eşitdiniz. Və Rusiya nüvə bombardmançısının transponderi söndürülmüş vəziyyətdə sərnişin təyyarəsinin yaxınlığından uçursa bu artıq qeyri-peşəkar davranışdır» - deyə general bildirib.

Ben Hodjes deyib ki, onun fikrincə, hərbi qarşıdurma qaçılmaz deyil.

«Lakin siz döyüş hazırlığı vəziyyətində olmalısnız ki, diplomatiyanın effektivliyini təmin edəsiniz. Biz Rusiya ilə hərbi toqquşmada maraqlı deyilik, ancaq bütün silah növləri üzrə üstünlüyü saxlamaq istəyirik. Hesab etmirəm ki, biz bu sahədə Rusiyadan geri qalırıq. Ancaq Rusiya bəzi sferalarda fərqi qapada bilib. Biz istəmirik ki, bunlar baş versin» -Amerika generalı deyib.

General Hodjes hesab edir ki, Rusiya hakimiyyəti də NATO ilə birbaşa hərbi münaqişə istəmir. Çünki nəzərə alır ki, NATO nizamnaməsinin 5-ci maddəsinə görə, alyansın üzvlərindən birinə hücum 28 üzvün hamısına hücum deməkdir.

«Ancaq iqtisadi, informasiya təzyiqləri var. Sərhədlərin pozulması baş verir. Onlar açıq hücum etmək istəmirlər, ancaq elə situasiya yaratmaq istəyirlər ki, heç kim hücumun baş verməyəcəyinə əmin olmasın» - deyə general bildirib.